Gündəm

Qızlar üçün VACİB XƏBƏR: Lak çəkdikdən 10 saat sonra bədəndə nə baş verir?

6 İyun 2017 11:31

Hamımız bilirik ki, tez-tez dırnaq lakları istifadə etmək olmaz. Belə dırnaqlar zəifləməyə başlayacaq və tez saralacaqlar. Lakin bu kosmetik vasitə bizim sağlamlığımıza hesab edildiyindən daha çox ziyan vurur.

"Atletlər kəndi" satışa çıxarılır

6 İyun 2017 11:30

Bakıda keçirilmiş I Avropa Oyunları və IV İslam Oyunları zamanı idmançıların qalması üçün ayrılan “Atletlər kəndi”ndəki binaların satışa çıxarılacağı gözlənilirdi. Gənclər və idman naziri Azad Rəhimov hələ İslam Oyunlarından öncəki açıqlamalarının birində bunu istisna etməmişdi. Maraqlıdır, “Atletlər kəndi”ndəki binalarla bağlı hansısa yeniliklər var?

Cəbhə xəttində monitorinq keçiriləcək

6 İyun 2017 11:23

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyunun 7-də Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığından keçən Ermənistan və Azərbaycan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. “OLAYLAR”-ın xəbərinə gör, məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb. Bildirilib ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər. Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndə səfir Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Xaricdə təhsil alanlar imtahansız, daxildə oxuyanlar imtahanla - Dövlət qulluğuna qəbulda ədalətsizlik...

6 İyun 2017 11:21

Məlumdur ki, bu yaxınlarda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, dövlət  proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna müsabiqədənkənar qəbul ediləcəklər.

Azərbaycan daha bir beynəlxalq təşkilatın rəhbər strukturunda təmsil olunacaq

6 İyun 2017 11:18

Serbiyanın Belqrad şəhərində Avropa Gənclər Kartı Assosiasiyasının (EYCA) 33-cü Baş Assambleyası keçirilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, 36 Avropa ölkəsinin təmsil olunduğu Assambleyada Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqını Beynəlxalq əlaqələr departamentinin direktoru Faiq Məmmədov və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin II kurs tələbəsi, “Azərbaycan Tələbə Kartı” daşıyıcısı Fərhad Səyidov iştirak ediblər. Budəfəki Assambleya EYCA idarə heyətinin son dönəmi olub və keçirilən konfransda yeni prezident və idarə heyəti seçilib. EYCA-nın 30 illik fəaliyyəti dövründə, ilk dəfə olaraq təşkilatın idarə heyətinə azərbaycanlı gənc seçilib.

Ermənilər 115 dəfə atəşkəsi pozub

6 İyun 2017 11:16

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəs rejimini 115 dəfə pozub.

Orta məktəbdə qanlı olay

6 İyun 2017 11:15

Bakıda orta məktəbdə bıçaqlanma olub.“Olaylar” xəbər verir ki, paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən 85 saylı orta məktəbdə 11-ci sinif şagirdi, 17 yaşlı Turan Vüqar oğlu Əliyev məktəb yoldaşı, 17 yaşlı Tərlan Vasif oğlu Hacıyev tərəfindən bıçaqlanıb. Xəsarət alan  məktəbli xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsi araşdırma aparır.

İrandan külli miqadarda psixotrap maddə keçirmək çəhdinin qarşısı alınıb

6 İyun 2017 11:14

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının təqdim etdiyi əl yüklərinə baxış keçirilib.

Fikrət Məmmədov Lerikdə qəbul keçirəcək

6 İyun 2017 11:10

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının ədliyyə naziri Fikrət Məmmədov tərəfindən iyunun 8-də Lerik rayonunda vətəndaşların qəbulu keçiriləcək. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Lerik rayonu Mədəniyyət Mərkəzində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi 22) keçiriləcək qəbulda Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.

Rəsmi Ankara: "Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər"

6 İyun 2017 11:09

Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir. İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.

“Embassy Brasilia” jurnalının saytında Azərbaycan haqqında məqalə

6 İyun 2017 10:29

Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib. Azərbaycannın Braziliya Federativ Respublikasındakı səfirliyindən “Olaylar” –a bildirilib ki, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi qeyd olunur.

Naziri səfir Kim Çanq-gyu qəbul edib

6 İyun 2017 10:11

Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.

"Simalarda və ayinlərdə pravoslavlıq ruhu”

6 İyun 2017 10:08

İyunun 13 - də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Simalarda və ayinlərdə pravoslavlıq ruhu” adlı sərgi təşkil olunacaq. Azərbaycan Fotoqrafları Birliyindən "Olaylar" - a bildirlib ki,  layihə iki fotoqraf, keşiş Dionisiy Sveçnikov və Xaliq Əliyevin birgə layihəsidi.

Doyunca tut yeyin, özünüzü xəstəliklərdən sığortalayın!

5 İyun 2017 20:31

Mövsümündə bolluca tut yeməklə orqanizmi bir çox xəstəliklərdən sığortalamaq olar. Tutun orqanizm üçün faydalarını, sağlamlıq üçün xeyrini saymaqla qurtarmaq olmaz. Əvvəlcə tutun tərkibinin nələrdən ibarət olduğuna nəzər yetirək. Tutun tərkibi zülal, karbohidratlar, C, E, K, B qrup vitaminlərlə, kalium, kalsium, maqnezium, mis, sink, fosfor kimi mikroelementlərlə zəngindir.

Bunu bilirdiniz?,- Kişmiş qara ciyəri təmizləyir, qəbizliyi aradan qaldırır

5 İyun 2017 20:20

Kişmiş qara ciyər üçün çox faydalıdır. Kişmiş qara ciyəri təmizləyir, onun fəaliyyətini yaxşılaşdırır, durğunluq proseslərini azaldır.