Naziri səfir Kim Çanq-gyu qəbul edib
Səhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.
6 İyun 2017 10:11 SosialSəhiyyə naziri Oqtay Şirəliyev Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu qəbul edib.
Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbulda son illər ərzində ölkəmizdə səhiyyə və tibb elmi sahəsində görülən işlər və əldə olunan nailiyyətlər haqda səfirə qısaca məlumat verildi.
Sonra ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığının qurulması, mövcud olan əməkdaşlığın davamı üçün yeni təkliflər planının hazırlanması təklifi irəli sürüldü. Ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığa dair təkliflər və tədbirlər planına əsasən əczaçılıq məsələləri, Koreya istehsalı olan tibbi avadanlıqların servizinin Bakı nümayəndəliyinin yaradılması və gənc tibb mütəxəssislərinin diplomdan sonrakı peşə təkmilləşdirilməsi kurslarının təşkili kimi təkliflər daxildir.