"Simalarda və ayinlərdə pravoslavlıq ruhu”

İyunun 13 - də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində “Simalarda və ayinlərdə pravoslavlıq ruhu” adlı sərgi təşkil olunacaq. Azərbaycan Fotoqrafları Birliyindən "Olaylar" - a bildirlib ki,  layihə iki fotoqraf, keşiş Dionisiy Sveçnikov və Xaliq Əliyevin birgə layihəsidi.

İyunun 13 - də Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində "Simalarda və ayinlərdə pravoslavlıq ruhu" adlı sərgi təşkil olunacaq. Azərbaycan Fotoqrafları Birliyindən "Olaylar" - a bildirlib ki,  layihə iki fotoqraf, keşiş Dionisiy Sveçnikov və Xaliq Əliyevin birgə layihəsidi.

Pravoslav kilsəsinin mənəvi dünyasının müxtəlifliyini canlandırmağı qarşılarında məqsəd qoymuş müəlliflər, lahiyə üzərindəki işləri bir neçə il davam etdirmiş, Azərbaycan pravoslav məbədlərində kilsə həyatı və ibadət anlarının əksini alaraq, məbədlərdə hökm sürən özünəməxsus ab-havanı seyricilərə çatdırmağa çalışıblar. Ekspozisiyada xüsusi yer almış portretlər, izləyiciləri Bakı və Azərbaycan Yeparxiyasının ruhaniləri və ziyarətçləri ilə tanış edir. Foto layihənin təqdimatı saat 18.00-da keçiriləcək. Giriş sərbəstdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31