“Embassy Brasilia” jurnalının saytında Azərbaycan haqqında məqalə

Braziliyada dərc olunan “Embassy Brasilia” jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş “28 May Respublika Günü” tədbirinə həsr edilmiş məqalə dərc edilib. Azərbaycannın Braziliya Federativ Respublikasındakı səfirliyindən “Olaylar” –a bildirilib ki, məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi qeyd olunur.

Braziliyada dərc olunan "Embassy Brasilia" jurnalının saytında ingilis və portuqal dillərində Səfirlik tərəfindən keçirilmiş "28 May Respublika Günü" tədbirinə həsr edilmiş məqalə dərc edilib.

Azərbaycannın Braziliya Federativ Respublikasındakı səfirliyindən "Olaylar" -a bildirilib ki,

məqalədə Səfir Elxan Poluxovun və Braziliya Konqresinin Deputatlar Palatasında Azərbaycan-Braziliya Dostluq Qrupunun sədri Klaudio Kajadonun çıxışlarına istinad edilərək Azərbaycanın sivilizasiyaların və mədəniyyətlərin kəsişməsində yerləşdiyini, ölkənin tarixi, mədəniyyəti, müstəqilliyin ilk illərində üzləşdiyi çətinliklər və Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycanın bu çətinliklərin öhdəsindən gəldiyi qeyd olunur. Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən siyasəti nəticəsində əldə edilmiş uğurlar haqqında məlumat verilərək, Azərbaycan - Braziliya münasibətləri, xüsusi ilə ticarət dövriyyəsi, eləcədə Azərbaycanın iqtisadiyyatı, regional və qlobal layihələri haqqında məlumat oxucuların nəzərinə çatdırılıb.

Bundan əlavə, son illərdə Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlər, xüsusi ilə birinci avropa oyunları, islam həmrəyliyi oyunları, formula bir yarışları haqqında da geniş bəhs edilib.

Məqalə haqqında əlavə məlumat almaq üçün aşağıdakı linkə müraciət etmək olar:

http://embassybrasilia.com.br/site/azerbaijan-in-celebration-this-sunday28/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31