Komitə sədri Milli Məclisdə növbəti vətəndaş qəbulu keçirib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə növbəti vətəndaş qəbulu keçirib.

Qəbul zamanı vətəndaşların müxtəlif mövzuları əhatə edən müraciətləri dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə iştirak edən aydınlar, ictimaiyyət nümayəndələri ilə ölkənin ictimai-mədəni həyatına dair bir sıra aktual məsələlər də müzakirə olunub.

Fazil Mustafa qaldırılan məsələlərə münasibət bildirib, müraciətlərin komitə tərəfindən diqqətdə saxlanılacağını, zəruri hallarda aidiyyəti qurumlara rəsmi məktublar göndəriləcəyini deyib.

Komitə sədri daha sonra Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Zakir Ağdamlıya 80 illik yubileyi münasibətilə, "BakıPost" informasiya portalının baş redaktorunun müavini Bəxtiyar Əlirzayevə isə portalın 10 illiyi münasibətilə təbrik məktubunu təqdim edib, ictimai həyatda və yaradıcılıqda yeni uğurlar arzulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31