Səbuhi Abbasov: “ABŞ ölkəmizi Avropa üçün enerji təminatında alternativ hesab edir”
“Azərbaycan hər zaman ABŞ üçün strateji tərəfdaş olub. Cənubi Qafqaz regionunda bütün iqtisadi layihələrin məhz Azərbaycanın adı ilə bağlı olduğunu ABŞ hər zaman qəbul edir”. Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
6 İyun 2017 12:23 Siyasət"Azərbaycan hər zaman ABŞ üçün strateji tərəfdaş olub. Cənubi Qafqaz regionunda bütün iqtisadi layihələrin məhz Azərbaycanın adı ilə bağlı olduğunu ABŞ hər zaman qəbul edir". Bunu Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, hər iki ölkə arasında olan hərtərəfli əlaqələrin əsasını məhz Ulu Öndər Heydər Əliyev qoyub: "Məhz onun ikinci dəfə hakimiyyətə qayıdışından sonra nəinki ABŞ-la, hətta bir çox nüfuzlu dövlətlərlə əlaqələr qurulmağa başladı. Bu gün Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir. Donald Trampın İlham Əliyevə yazdığı son məktubun mətni də ABŞ-ın Azərbaycana olan xoş münasibətinin bariz nümunəsidir. Bugün ABŞ İlham Əliyevin nüfuzunu, siyasi dünyagörüşünü qəbul edir. Eyni zamanda, rəsmi Vaşinqton ölkəmizi Avropa üçün enerji təminatında alternativ hesab edir. Bütün bunlar həm də Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini labüd edir". Sia.az