“Olimpiya Hərəkatı-2017”nin qalibləri məlum olub

“Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən final mərhələsində Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar. Məktəblilər 5 idman növü–voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışıblar.

"Olimpiya Hərəkatı-2017" ("Olympic Moves-2017") idman proqramı çərçivəsində məktəblilərin respublika birinciliyinin qalibləri bəlli olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilən final mərhələsində Bakı şəhəri üzrə 12 rayondan 60 məktəbin komandası qalibiyyət uğrunda mübarizə aparıb. Bakı məktəbliləri ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəbliləri də yarışlara qatılıblar. Məktəblilər 5 idman növü-voleybol, basketbol, badminton, velosiped yarışı və atletika üzrə yarışıblar.

Qeyd edək ki, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Olimpiya Hərəkatı-2017" idman proqramının bağlanış mərasimi keçirilib. Mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, təhsil nazirinin müavini Firudin Qurbanov və digər qonaqlar iştirak edib. Tədbirdə qaliblər təşkilat komitəsinin təsis etdiyi kubok, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31