Səhiyyədə bu xidmətlərdən daha çox istifadə olunur

İyunun 6 – da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbirdə vətəndaşların hansı elektron xidmətlərdən daha çox istifadə etdikləri açıqlanıb.

İyunun 6 - da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Prezidentin 2016-cı il 27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə Səhiyyə Nazirliyinin gördüyü işlərə dair tədbirdə vətəndaşların hansı elektron xidmətlərdən daha çox istifadə etdikləri açıqlanıb.  Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu xidmətindən 2017-ci ilin 22 may tarixinə 20015 dəfə istifadə edilib. Tibb işçilərinin sertifikasiyadan keçməsi üçün müraciətin və sənədlərin qəbulu xidmətindən 7716 dəfə, dərman vasitələri haqqında məlumat verilməsi - 3672 dəfə, Tibbi kadrların vahid registrindən məlumatların verilməsi - 1231 dəfə, Tibb müəssisələri barədə məlumatların verilməsi xidmətindən isə 832 dəfə istifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31