Bəzi məmurlar vətəndaşların müraciətlərinə etinasız yanaşır

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Çox təssüf ki, bəzi hallarda vətəndaşların müraciətləri ya illərlə cavabsız qalır, ya da standart cavablar verilir. Ən yaxşı halda müracitəlr barəsində şikayət edilmiş orqanına göndərilir ki, bu da vətəndaşların haqlı narazılığı ilə qarşılanır.  

Ekspert: "Müraciəti qəbul etməkdən imtina qadağandır"

Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Çox təssüf ki, bəzi hallarda vətəndaşların müraciətləri ya illərlə cavabsız qalır, ya da standart cavablar verilir. Ən yaxşı halda müracitəlr barəsində şikayət edilmiş orqanına göndərilir ki, bu da vətəndaşların haqlı narazılığı ilə qarşılanır.  

Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, vətəndaşların ərizə və müraciətlərinə baxılması, vətəndaşlara sosial hüquqların təmin edilməsi, bu məqsədilə hüquqi məsləhət xidmətlərinin göstərilməsi, eləcə də maarifləndirmə və məlumatlandırma tədbirlərinin təşkili vacib məsələlərdəndir. O, qeyd edib ki, vətəndaşların bir çox hallarda Konstitusiyanın bizə verdiyi hüquq və azadlıqlar haqqında məlumatlarının yetərincə olmaması, bu sahədə maarifçiliyin lazımi səviyyədə aparılmaması, təhsil, sağlamlıq, yaşayış, nikah, mənzil, əmək, prezumpsiya və digər mühüm hüquqlarımızın pozulması faktlarını artırır. Bölgələrdə yaşayan əhalinin müəyyən bir qisminin ali təhsilli və ya hüquqi cəhətdən savadlı olmamaları, hətta, dövlət orqanlarına məktub və ərizələrlə necə müraciət etməyi belə bilməmələri, bir çox hallarda onları hüquqlarının arxasınca getmək fikrindən daşındırır, "reallıqla hesablaşmağa" sövq edir: "Bu mənada əhalinin sosial-hüquqi maarifləndirmə-məlumatlandırma işinin təşkilində vətəndaş cəmiyyəti institutlarının və KİV-lərin rolu çox böyükdür". Onun sözlərinə görə, vətəndaşların müraciətlərinə baxılmasının keyfiyyət səviyyəsi nəticə etibarilə vətəndaşların dövlətə münasibətinin formalaşmasında həlledici amilə çevrilir. Hər bir dövlətin sivil inkişafı və güclü dövlətə çevrilməsi, ilk növbədə, qanunların aliliyinə xidmət edən hüquqi dövlət quruculuğundan asılıdır: "Bu sadaladıqlarım, cənab Prezidentin diqqət verdiyi mühüm məsələlərdəndir. Cənab Prezident bu məsələnin əhəmiyyətini nəzərə alaraq mütəmadi olaraq məmurlara vətəndaşlara xidmətin keyfiyyətini yaxşılaşdırmağı xatrırlatmağı özünə borc bilir. Çünki bu cür idarəetmə vətəndaşların ehtiyaclarının, onların istək və arzularının daha effektiv təminatına zəmin yaradır".

Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycanda vətəndaşların öz hüquqları barədə yetərli səviyyədə məlumatlı olmaması onların öz problemləri ilə lazımi şəkildə məşğul olmamasına gətirib çıxarıb. Vətəndaş təşəbbüslərinin bu sahədə zəif olması, icra strukturlarında işləyən bəzi məmurların özbaşınalığı ölkədə vətəndaş cəmiyyətinin qurulmasına və onun tərkib hissələrindən biri olan insan haqları məsələsinə əsas maneələrdən biri hesab edilir. Regionlarda insanların öz hüquqları barədə təsəvvürləri kifayət qədər aşağı olmaqla yanaşı, həm də onların bu hüquqlarla bağlı dolğun məlumat almaq imkanları yoxdur. Məhz bu səbəbdən də əyalətlərdə yaşayan insanlarımız insan haqları məsələsində ciddi sıxıntılar yaşayır və problemlərinin həllində öz hüquqlarından istifadə edə bilmirlər. İnsan haqları məsələsi ilə bağlı əhali ilə lazımi səviyyədə əlaqələrin qurulmaması, KIV-lərdə problemin mahiyyəti barədə yetərli səviyyədə təbliğatın aparılmaması nəticədə həm cəmiyyətin maarifləndirilməsinə mane olur, həm də onlarda insan haqları sahəsində yaşanan problemlərin aradan qaldırılması məsələsinə inamsızlığı yaranır.

Hüquqşünas bildirib ki, "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" qanuna əsasən dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər: "Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər; təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər". Vətəndaşların qəbulu məsəlsinə gəldikdə, hüquqşünas qeyd edib ki, dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər: "Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır. Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Dövlət hakimiyyəti orqanları müraciətlərin qəbul edilməsi və cavablandırılması işini elektron formada həyata keçirə bilər".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31