Həmsədrlərin regiona səfərlərindən gözləntilər nədir?

Dağlıq Qarabağ probleminin həllində beynəlxalq fəaliyyətsizlik davam etməkdədir. Münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də həmsədr ölkələrin, digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan diqqətsizliyi, biganə münasibəti isə getdikcə tərəflər arasında gərginliyi, nəticə etibarilə cəbhədə hərbi əməliyyatlar riskini artırır.

Rövşən Məmmədli: "Vasitəçilərin səfərləri birmənalı olaraq ermənilərin xeyrinədir və onların istəyi ilə həyata keçirilir"

Dağlıq Qarabağ probleminin həllində beynəlxalq fəaliyyətsizlik davam etməkdədir. Münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu, eləcə də həmsədr ölkələrin, digər beynəlxalq təşkilat və qurumların problemin həllinə olan diqqətsizliyi, biganə münasibəti isə getdikcə tərəflər arasında gərginliyi, nəticə etibarilə cəbhədə hərbi əməliyyatlar riskini artırır.

Cəbhə xəttində hərbi əməliyyatların yenidən aktiv fazaya qədəm qoyması riskinin artmasını şərtləndirən başlıca amillərdən biri isə Ermənistanın müntəzəm olaraq təxribatlar həyata keçirməsi, təkcə Silahlı Qüvvələr deyil, eləcə də yaşayış məntəqələrini atəşə tutmasıdır. Paralel olaraq təmas xəttində hərbi texnikanın sayının artırılması da Ermənistanın Azərbaycana qarşı yeni təxribatlar hazırlamasından xəbər verir. Bir sözlə, hazırda Dağlıq Qarabağda müharibə riski ən yüksək səviyyədədir. Qarabağda yeni bir müharibənin başlayacağı təqdirdə isə bunun Ermənistan üşün hansı fəlakətlər gəgtirəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Keçən ilin aprelində cəbhə xəttində yaşananlar da belə deməyə əsas verir. Bəlkə də elə bu səbəbdəndir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti dəfə regiona səfər etmək məcburiyyətində qalıblar. Məlumata görə, yaxın günlərdə vasitəçilər regiona səfər edərək münaqişənin həlli ilə bağlı tərəflərlə növbəti görüş keçirəcəklər. İndidən qətiyyətlə demək mümkündür ki, həmsədrlərin bu dəfəki səfəri əvvəlki səfərlərdən heç nə ilə fərqlənməyəcək və daha bir uğursuz səfər kimi yadda qalacaq.

Elə müstəqil ekspert Rövşən Məmmədli də bu qənaətdədir. O, da qeyd edib ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ay regiona nəzərdə tutulan növbəti səfəri bundan öncəki səfərlərindən heç nə ilə fərqlənməyəcək. Ekspert bildirib ki, bu Qrupun öz missiyasını həyata keçirə bilməsi ehtimalının tam tənəzzülə uğradığını daha aydın , daha sadəcəsinə ortaya qoyacaq: "Ancaq bu fakt yalançı və xalqın başını aldadan bəyanatlarla yenə də gizlədiləcək, ən azından üzərinə boz pərdə çəkiləcəkdir. Belə olan tərzdə bəs bu həmsədrlərin bölgəyə səfərlərinə nə ehtiyac var?. Kim kimi aldadır deyə bilmərəm, ancaq aydın bir fakt ortadadır. Aldananlar Azərbaycan xalqı, xüsusilə bir milyon qaçqınımızdır. Öncədən heç bir müsbət nəticəsi olmayacaq səfərin əhəmiyyəti nədir, niyə bunu 25 ildir təşkil edib xalqımızı aldadırlar anlamaq olmur. Bu vasitəçilərin səfərləri birmənalı olaraq ermənilərin xeyrinədir və onların istəyi ilə həyata keçirilir. Nəticə etibarilə münaqişənin həlli uzadılır. Çünki, vasitəçilər yeni hərbi qarşıdurmanı əngəlləməyə, atəşkəs rejimini uzatmağa çalışacaqlar. Onların söhbətləri də bu ətrafda olacaq. Bunu yenə illərin üzən prosesinə çevirmək üçün Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının prezidentlər səviyyəsində bərpasına çalışacaqlar. Tutaq ki, bərpa da edildi, bir-iki görüşdən sonra Serj Sərkisyan yenə qarınağrısı ilə o görüşləri də tərk edib ermənilərin xəstə ruhunu oxşayan mahnılarını oxuyacaq. Bu bizə lazımdırmı?. Əlbəttə yox". Rövşən Məmmədli deyib ki, bu cür yollarla yenə də bizi illərlə, bəlkə də on illərlə Qarabağımıza buraxmayacaqlar: "Elə erməni də buna hesablayıb ki, Qarabağın necə cənnət yurd olduğunu bilən o yerlərin "qaçqın" sakinləri ölüb qurtaracaq, yeni gələn nəsil isə nə biləcək Qarabağ nədir. Elə biləcəklər ki, Qarabağ da elə Ucar, Zərdab kimi şoran bir yerdir. Odur ki, yenə yük düşür Qarabağın, Zəngəzurun camaatının üzərinə. Qalxın ayağa, vətənimizin erməni faşistlərindən azad edilməsini tələb edin. Sizi on illərlə aldadıb, sakitləşdirən, yuxuya verən o Minsk formatından Qarabağı istəyin. Cəmiyyət bu kökdə fəallaşmalıdır, bütün dünya görməlidir ki, xalq işğal altında olan torpağını tələb edir. Onda Qarabağın "həllolunmaz" düyünü açılar və ədalətli həllini də tapar". Rövşən Məmmədli qeyd edib ki, xalqımız Qarabağın açarını yadların cibində axtarmalı deyil: " Bu çox böyük yanlışlıqdır, bizə təhqirdir, bizim qeyrətimizi, cəsurluğumuzu şübhə altına salan haldır. Dünya və bu məsələ ilə məşğul olanlar bizim sakitliyimizi razılıq, yaxud torpaqlarımızı unutmağımız kimi də dəyərləndirə bilər. Odur ki, ayağa qalxmalısan ey ulu xalq, ululuğunu, yurdsevərliyini, tarixlərin hərb qoynundan sivrilib gələn qalib xalq olduğunu bütün dünyaya göstərməlisən. Qarabağın açarı xalqımızın birliyində, fəallaşmasında, tələbkar əzmindədir. Bu birliyin xilaskar vəzifəsi olan ordumuza verdiyi dəstəkdədir Qarabağın açarı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31