Qadınların şəxsi inkişafına dəstək verilir

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu, müsəlman ölkələrində qadınların sosial aktivliyini artırmaq, peşə təhsilini inkişaf etdirmək, onların əmək bazarında iş tapmaq imkanlarını asanlaşdırmaq, fərdi inkişafına dəstək vermək məqsədilə bu il İƏT-ə üzv ölkələrdə qadınların peşə ixtisaslarına yiyələnməsi üzrə silsilə təlim və tədbirlər həyata keçirir. Qurumdan "OLAYLAR"-a bildirilib ki, Azərbaycanda bu təlimlər Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirilir və bu il bir sıra ödənişsiz təlimlərin keçirilməsinə start verilib. Təlimlərin ilk mərhələsi çərçivəsində "Mənim sevimli dayəm" adlı tədris layihəsi həyata keçirilib. Layihənin əsas məqsədləri dayə peşəsi üzrə işləmək istəyən qadınlara peşəkar təlimçilər tərəfindən müvafiq təlimlərin verilməsi və sertifikatlaşdırılması olub. Aprel-iyun ayları ərzində davam edən 72 saatlıq təlim sessiyası ərzində iştirakçılar "Milli və Avropa mətbəxi", "Kafe və restoran mətbəxləri" və s. bu kimi müxtəlif mövzularda təlim və müzakirərələrdə iştirak ediblər. Təlimlərin sonunda keçirilən təntənəli mərasimdə 30 nəfərdən ibarət ilk qrup iştirakçılar İƏT Gənclər Forumu və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi tərəfindən sertifikatlarla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31