4 yaşlı uşağın üzərinə qaynar su töküldü

Tovuzda 4 yaşlı uşaq üzərinə qaynar su tökülməsi nəticəsində ağır xəsarət alıb. Hadisə rayonun Bayramlı kəndində baş verib.  Kənd sakini, 2003-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu yaşadığı evdə oyun oynayan zaman üzərinə içərisi qaynar suyla dolu qazan aşırdıb.

Nəticədə ağır yanıq xəsarətləri alan uşaq yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Uşağa tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndiriblər. 

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31