Markalar kolleksiyasının MEK - ə təqdim olundu

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) markalar kolleksiyasının təqdimatını keçirdi. Kitabxanadan “Olaylar” – a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova markalar haqqında hər kəsin məlumatlı olduğunu söyləyib.L.İmanovanın dediyinə görə markalarda ölkənin tarixi, önəm verdiyi məqamlar, faktlar və yaxud başqa ölkənin digəri barədə vermək istədiyi məlumatlar əks olunur. Direktor Azərbaycan Filatelistlər İttifaqının üzvlərinin kolleksiyalarının unikal olduğunu, həmin kolleksiyaları rəqəmsal versiyada MEK-ə təqdim etməyi təklif etdi. Gələcək perspektivdə markaların rəqəmsal versiyasının mübadiləsinin mümkünlüyündən danışdı.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) markalar kolleksiyasının təqdimatını keçirdi. Kitabxanadan "Olaylar" - a bildirilib ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova markalar haqqında hər kəsin məlumatlı olduğunu söyləyib.L.İmanovanın dediyinə görə markalarda ölkənin tarixi, önəm verdiyi məqamlar, faktlar və yaxud başqa ölkənin digəri barədə vermək istədiyi məlumatlar əks olunur. Direktor Azərbaycan Filatelistlər İttifaqının üzvlərinin kolleksiyalarının unikal olduğunu, həmin kolleksiyaları rəqəmsal versiyada MEK-ə təqdim etməyi təklif etdi. Gələcək perspektivdə markaların rəqəmsal versiyasının mübadiləsinin mümkünlüyündən danışdı.

Təqdimatçı MEK-in Nadir kitab fondunun əməkdaşı Leyla Ələkbərli təqdimatla geniş çıxış etdi. Kolleksiyanın tematikasının müxtəlif çalarlı 648 ədəd markadan ibarət olduğunu və Nadir kitab fondunda mühafizə edildiyini bildirdi. Poçt markalarının yaranma tarixindən danışan L.Ələkbərli Azərbaycanda ilk dəfə markanın Xalq Cumhuriyyətinin yaranması münasibətilə çap edildiyini, üzərində əlində üçrəngli bayraq olan əsgər təsvir olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Kolleksiyada ümummili lider Heydər Əliyevə həsr olunmuş poçt markalarının xüsusi yer tutduğunu bildirdi. Azərbaycan Respublikasının Los Anceles şəhərindəki Baş konsulluğun təşəbbüsü və dəstəyi ilə Azərbaycan klassik musiqisinin qurucusu, dahi bəstəkar Üzeyir Hacıbəylinin 130 illik, vokal sənətimizin əvəzsiz təmsilçisi Rəşid Behbudovun isə 100 illik yubileyi ilə əlaqədar ABŞ-da 2015-ci ilin 16 sentyabr tarixində xüsusi poçt markaları buraxıldığını, sözügedən markaların nüsxələrinin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən kitabxanaya təqdim olunduğunu söylədi

Azərbaycan Filatelistlər İttifaqının üzvü Fuad Abdulrəhimzadə filateliyanın dünyada dərin məzmunlu bir elm sahəsi kimi tanındığını və peşəkar kolleksiyaçıların məlumatlılıq baxımından alimlərlə bərabər olduqlarını bildirdi. Azərbaycan müstəqillik qazandıqdan və "Azərmarka" şirkəti yarandıqdan sonra müxtəlif tematikalı, Azərbaycanda və xaricdə dövriyyə buraxılan markaları asanlıqla əldə etdiklərini dedi. Kolleksiyaçı Cahangir Bağırov XX əsrin 50-ci illərindən bu günə qədər marka topladığını dedi.

MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Hüseynovanın markalar kolleksiyanın toplanılmasında, elektron kataloqa salınmasında xüsusi əməyinin olduğunu vurğuladı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31