“Valyuta tənzimi haqqında” qanun dəyişdirilir

İyunun 6-da  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. “Olaylar” xəbər verir ki,  komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki,  ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara  dəyişikliklərin edilməsi nəzərdə tutulub.

İyunun 6-da  Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. "Olaylar" xəbər verir ki,  komitə sədri Ziyad Səmədzadə iclası açaraq gündəlik barədə məlumat verib. Z.Səmədzadə bildirib ki,  ölkədə müvəffəqiyyətlə həyata keçirilən iqtisadi islahatların daha da dərinləşməsi istiqamətdə görülən işlərlə bağlı bir sıra qanunlara  dəyişikliklərin edilməsi nəzərdə tutulub. Dəyişikliklərin əksəriyyəti uyğunlaşdırma məqsədi ilə aparılıb. Diqqətə çatdırılıb ki, qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanov "Valyuta tənzimi haqqında" qanuna  dəyişiklik barədə açıqlamasında qeyd etdi ki, 14-1-ci maddə yeni redaksiyada təklif olunur. Düzəlişə əsasən, "Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından  çıxarılması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın  leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərməli, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etməlidir."  Burada məqsəd gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bunun maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir. Sonra 2016-cı il dekabrın 16-da qəbul edilmiş "Nağdsız hesablaşmalar haqqında" qanunun tətbiqi ilə əlaqədar müxtəlif sahələr üzrə hesablaşmalar zamanı ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi ilə bağlı bəzi qanunlara dəyişikliklərin edilməsi müzakirə olundu. Parlament Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov bu məsələ ilə əlaqədar Əmək Məcəlləsinə, o cümlədən "Turizm haqqında", "Təhsil haqqında", "Sosial müavinətlər haqqında", "Sosial sığorta haqqında", "Məşğulluq haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında", "Sığorta fəaliyyəti haqqında", "İcbari sığortalar haqqında", "Əmək pensiyaları haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlara təklif olunan müvafiq düzəlişlər barədə ətraflı məlumat verdi. Müzakirələrin sonunda gündəliyə daxil edilən qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması qərara alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31