Mehrac Abbasov Qazaxıstanda
Azərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov Qazaxıstan Respublikasının 6 günlük ezamiyyətdə olub. Akademiyadan “Olaylar” – a bildirilib ki, Mehrac Abbasov Almata şəhərində keçirilən “Genetika, genomiks, bioinformatika və biotexnologiya üzrə IV beynəlxalq konfrans”da iştirak edib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Yaponiya, Estoniya, Latviya, Özbəkistan, Belarus və s. ölkələrdən 200-ə yaxın tədqiqatçı iştirak ediblər.
6 İyun 2017 18:40 SosialAzərbaycan Milli Elmlər Akademiyası Genetik Ehtiyatlar İnstitutunun (GEİ) elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Mehrac Abbasov Qazaxıstan Respublikasının 6 günlük ezamiyyətdə olub. Akademiyadan "Olaylar" - a bildirilib ki, Mehrac Abbasov Almata şəhərində keçirilən "Genetika, genomiks, bioinformatika və biotexnologiya üzrə IV beynəlxalq konfrans"da iştirak edib. Tədbirdə Azərbaycan, Qazaxıstan, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya, Yaponiya, Estoniya, Latviya, Özbəkistan, Belarus və s. ölkələrdən 200-ə yaxın tədqiqatçı iştirak ediblər.
M.Abbasov konfransda "Bərk və yumşaq buğda nümunələrinin genetik müxtəlifliyinin Yeni Nəsil Sekvenserləri ilə qiymətləndirilməsi" mövzusunda məruzə ilə çıxış edərək, GEİ-də genom texnologiyalarının ümumi vəziyyəti və son illərdə əldə edilən nəticələr haqqında iştirakçılara məlumat verib.
Məruzə ətrafında müzakirələr aparılaraq, yeni hazırlanmış panelin əhəmiyyəti vurğulanmış, Azərbaycanda genetik ehtiyatların müasir texnologiyalarla tədqiqi və əldə edilən nailiyyətlər yüksək qiymətləndirilib. M.Abbasov konfransın "Genomiks və bioinformatika" seksiyasına moderator təyin edilərək və Almaniyalı həmkarı professor Martin Gavar ilə birgə iclası aparıb.