ABŞ alimləri: Pul saymaq insanın əhvalını yaxşılaşdırır

ABŞ-ın Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalını yaxşılaşdırır. “Deyli meyl” qəzeti yazır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya dəmir pul saymağın fərqi yoxdur

ABŞ-ın Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalını yaxşılaşdırır. "Deyli meyl" qəzeti yazır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya dəmir pul saymağın fərqi yoxdur

Eksperiment zamanı bir qrupa bir dəstə 100 dollarlıq, digərinə isə bir dəstə adi kağız saymaq tapşırılmışdı. Nəticə çox maraqlı olmuşdur. Pul sayanların özlərinə inam hissi və nikbinliyi xeyli artmışdır.

Alimlər bu fenomeni hələlik izah edə bilmirlər. Bəziləri hesab edir ki, pul sayan insan özünü sanballı hiss edir, dağı-dağ üstünə qoya biləcəyinə əmin olur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31