"Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir"

"Arsenal"ın müdafiəçisi Ektor Belyerin "Mundo Deportivo" nəşrinə müsahibə verib. Gənc futbolçu "Barcelona"da yeni məşqçi təyinatı barədə sualı belə cavablandırıb. "İngiltərədə "Real" və "Barselona"dan başqa digər klubların oyunlarını izləmək çətindir. Buna baxmayaraq "Athletik"in oyunlarına baxmaq imkanım olub. Valverde baxımlı və maraqlı futbolu sevən mütəxəssisdir. O, rəhbərlik etdiyi komandalarda işinin öhdəsindən layiqincə gəlməyi bacarıb. O, "Barselona" üçün yaxşı məşqçidir".

İspniyalı futbolçu etirməsi olduğu "Barselona"ya qayıtmaq ehtimalına da münasibət bildirib. "Çoxlarının bu barədə danışdığından xəbərim var. Adımın belə klubla yanaşı hallandırılması məni sevindirir. Amma burda məndən asılı bir şey yoxdur. "Barselona" mənimlə əlaqə saxlamayıb. Bütün səviyyəli futbolçular Çempionlar Liqasında mübarizə aparan klublarda oynamaq istəyir". Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31