AMEA-nın Humanitar Elmlər Bölməsinin Büro iclası
İyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və HEB üzrə "AMEA-nın professoru" elmi adına namizədlər iştirak ediblər.Akademiyadan “Olaylar” – a bildirlib ki, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
6 İyun 2017 18:50 Sosialİyunun 6-da Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib.Tədbirdə bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və HEB üzrə "AMEA-nın professoru" elmi adına namizədlər iştirak ediblər.Akademiyadan "Olaylar" - a bildirlib ki, bölmənin akademik-katibi, akademik Teymur Kərimli iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Elmi-təşkilati məsələlərdən ilk olaraq AMEA Rəyasət Heyətinin 19 aprel 2017-ci il tarixli qərarı ilə elan edilmiş "AMEA-nın professoru" müsabiqəsinin gedişatı ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, humanitar elmlər üzrə dörd alimin namizədliyi irəli sürülüb. Bunlardan iki nəfər Ədəbiyyat İnstitutunun, bir nəfər Dilçilik İnstitutunun, bir nəfər isə Azərbaycan Dillər Universitetinin əməkdaşıdır.
Sonra namizədliyi qeydə alınan alimlər fəaliyyətləri, əldə etdikləri nailiyyətlər haqqında bölmə üzvlərinə geniş məlumat veriblər.
Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyətinin 22 fevral 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş "AMEA-nın professoru" elmi adı haqqında Əsasnaməyə uyğun olaraq HEB üzvlərindən ibarət Ekspert komissiyasının yaradılması ilə bağlı olub. Bölmənin qərarı ilə akademik Teymur Kərimli komissiyanın sədri təyin edilib. Tədbirdə bölmə filologiya üzrə elmlər doktoru, professor Əlizadə Əsgərlinin Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılmasını qərara alıb.
Sonda cari məsələlərə baxılıb. Azərbaycan Respublikası Prezidentinin "Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında" və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" sərəncamlarının icrası müzakirə olunub, elmi müəssisələrin rəhbərlərinə yubileylərlə bağlı bir sıra tapşırıqlar verilib. Həmçinin, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadənin 70 illik yubileyinin keçirilməsi ilə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.