Stadion tikintisində oğurluq - Sabiq nazir həbs edildi

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub. Keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub. Keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur. Məlumatda qeyd olunur ki, 2014-cü ildə keçirilmiş futbol üzrə dünya çempionatı üçün nəzərdə tutulan "Arena-das-Dunas" stadionunun tikinti dəyərinə əlavə olaraq 23 milyon dollardan çox məbləğ artırılıb. Bu məbləğin böyük hissəsinin tikinti şirkətlərinə yardım edən məmurlara ödənildiyi bildirilib. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31