Akademik Minskdə beynəlxalq konfransda iştirak edib
AMEA – nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Belarusun Minsk şəhərində ezamiyyətdə olub. Səfər müddətində Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən “Alternativ xammal və yanacaq mənbələri” adlı VI beynəlxalq elmi-texniki konfransda iştirak edib.
6 İyun 2017 18:45 SosialAMEA - nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev Belarusun Minsk şəhərində ezamiyyətdə olub.
Səfər müddətində Belarus Milli Elmlər Akademiyasının Yeni Materialların Kimyası İnstitutunun təşkilatçılığı ilə keçirilən "Alternativ xammal və yanacaq mənbələri" adlı VI beynəlxalq elmi-texniki konfransda iştirak edib.
Tədbirdə akademik Vaqif Fərzəliyevin "İşlənmiş sürtkü yağlarının regenerasiyası" adlı məruzə ilə çıxış edib. Akademik, həmçinin plenar və şifahi məruzələrin dinlənildiyi iclaslara sədrlik edib.