Gündəm

Politoloq: “Dağlıq Qarabağın yekun statusuna aydınlıq gətirilməlidir”

17 İyul 2017 12:51

“Bu ilin sonuna qədər Rusiya prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüşün keçirilməsi gözləniləndir”. Bunu  politoloq Zaur Məmmədov deyib.

Novruz Məmmədov: "Qarabağda münaqişə yenidən alovlana bilər"

17 İyul 2017 12:44

"Qarabağda münaqişə yenidən alovlana bilər, çünki geosiyasi oyunların nəticəsidir". Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

Qızmar hava davam edəcək

17 İyul 2017 12:39

İyulun 18-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz  cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  20-25° isti, gündüz  32-37°, Bakıda gecə  23-25° isti, gündüz  34-36° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  norma daxilində 761 mm civə sütunu  təşkil edəcək. Nisbi rütubət  gecə 55-65%,  gündüz  35-45 % olacaq.

Sensasion açıqlama: “"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı...”

17 İyul 2017 12:30

"Dədə Qorqud" filminin nümayişi dayandırılmalı və yenisi çəkilməlidir. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə Araz Aslanlı çıxış edib. O, bildirib ki, filmdə bir neçə məqam problemlidir: “Film Bayındır xanın biyabırçı yanaşmasıyla başlayır: "Oğlu olanı ağ çadırda, qızı olanı qızıl çadırda, övladı olmayanı isə qara çadırda" oturdun: "Oğlun-qızın yoxdur, səni tanrı qarğıyıb, biz də qarğarıq" anlayışı nə deməkdir. Belə məlum olur ki, düşmənçiliyi xan salır, günah isə qalır Aruzun üstündə.

Güləşçilərimiz reytinq cədvəlində ilk onluqda

17 İyul 2017 12:29

Dünya Güləş Birliyi 2017-ci ilin iyun ayında keçirilən yarışların nəticəsinə əsasən, güləş üzrə yeni reytinq siyahısını açıqlayıb. AGF-dən “OLAYLAR” -a daxil olan məlumata görə, ilk onluqda ümumilikdə 20 güləşçimizin adı var.

Paytaxtda ölümlə nəticələnən yol qəzası

17 İyul 2017 12:26

17.07.2017 tarixində səhər saat 08:30 radələrində Heydər Əliyev prospekti-Hava Limanı yolunda (keçmiş Suraxanı dairəsi yaxınlığında) yol nəqliyyat hadisəsi baş verib.

Diaspor təşkilatından Rusiya Dumasına etiraz  

17 İyul 2017 12:25

“Rusiya Federativ Respublikası Dumasının Ermənistanla hərbi qruplaşma yaratması ilə əlaqədar qərarı ratifikasiya etməsini dərin təəssüf hissi ilə qarşılayır, bu addımın Rusiya ilə Azərbaycanın tarixi və bugünki əməkdaşlıq ruhu ilə uyğun gəlmədiyini, bu qərarın Azərbaycan toplumunda böyük dost Rusiyaya qarşı heç də xoş olmayacaq münasibət formalaşdıracağından narahatlığımızı bildirir, eyni zamanda Rusiya ilə Azərbaycan münasibətlərinə sərin küləklər əsdirəcəyini şübhəsiz hesab edirik”.

Binəqədi-Novxanı-Corat avtomobil yolunun tikintisi yekunlaşır

17 İyul 2017 12:25

Binəqədi-Novxanı-Corat yolunun tikintisi artıq yekunlaşmaq üzrədir, yol boyu son tamamlanma işləri görülür. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, avtomobil yolunun mövcud eni isə 7-9 metr arası dəyişirdi.

Ermənilər 133 dəfə atəşkəsi pozub

17 İyul 2017 12:24

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 133 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Bala Cəfərli kəndlərində, Berd rayonunun Mosesqex, Ayqedzor kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ermənistan güzəştə getmək istəmir

17 İyul 2017 12:22

ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan XİN görüşündə Qarabağ konfliktinin həlli istiqamətində mümkün danışıqlar prosesini davam etdirilməsi razılaşdırılsa da, il ərzində hər hansı bir müsbət irəliləyişləşlərin gözlənilmir. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib.

"Məsələ ailəmin namusudur..."

17 İyul 2017 12:17

Türkiyəli müğənni Murat Dalkılıç həyat yoldaşı Merve Boluğur barədə yayılan xəbərlərə münasibət bildirib.  Gənc ifaçı şayiə yayan media orqanlarını şərəfsizlikdə ittiham edib: "Günlərdir ki, haqqımızda yayılan xəbərlərə münasibət göstərmədik.

Azərbaycanlı müğənni DƏHŞƏTLİ QƏZA KEÇİRDİ - YENİLƏNDİ

17 İyul 2017 12:16

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. Qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.

“Bunu əvəzsiz etmək niyyətində deyilik”- Ağ Evdən Moskvaya bəd xəbər

17 İyul 2017 12:11

“Amerika tərəfi Rusiyanın diplomatik mülkiyyətini əvəzsiz qaytarmaq niyyətində deyil”. Daha əvvəl – iyulun 14-də ABŞ prezidentinin köməkçisinin müavini Sebastyan Qork bildirib ki, Ağ Evdə Rusiya diplomatik mülkiyyətin Moskvaya qaytarılması imkanına baxılır. Lakin o, Suriya müharibəsini xatırladıb. “Unutmayın ki, Suriyada 400 mindən çox insan öldürülüb. Bu, dəhşətlidir. Amma biz Kremlin yaxşı niyyətini görəcəyiksə, onda paytaxtlarımız arasında münasibətlərin yaxşılaşması mümkündür”, - amerikalı məmur deyib.

"Fenerbahçe" Çili millisinin üzvünü transfer edir

17 İyul 2017 12:07

Çili millisinin futbolçusu Maurisio İsla karyerasını "Fenerbahçe"də davam etdirməyə yaxındır.  29 yaşlı yarımmüdafiəçi "Cagliari" ilə müqaviləsini pozaraq İstanbul klubuna keçmək fikrindədir.

Riqada Azərbaycan və Latviya prezidentlərinin təkbətək görüşü olub

17 İyul 2017 12:03

Latviya prezidentinin iqamətgahında – “Riqa” qəsrində Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı qəsrin qarşısında Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.