Azərbaycanlı müğənni DƏHŞƏTLİ QƏZA KEÇİRDİ - YENİLƏNDİ

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. Qəflətən qarşısına çıxan “VAZ 2107” markalı avtomobillə toqquşan “Mercedes Viano” markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.

"Şəbnəm hazırda xəstəxanadadır, vəziyyəti ağır deyil. Bir azdan evə buraxılacaq. Sadəcə olaraq hadisədən sarsılıb və bərk qorxub". Bu sözləri gecə saatlarında Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda ağır avtomobil qəzasına düşdüyü deyilən Şəbnəm Tovuzlunun yaxını deyib.

Müğənninin yaxını bildirib ki, hazırda həyat yoldaşı onun yanındadır: "Vəziyyəti deyildiyi kimi ağır deyil, hadisənin şokunu üzərindən atandan sonra Şəbnəm özü bu barədə jurnalistlərə məlumat verəcək".

***

Müğənni Şəbnəm Əsədova bu gecə Gəncədən Bakıya qayıdarkən Bakı-Qazax yolunda qəzaya uğrayıb. Qəflətən qarşısına çıxan "VAZ 2107" markalı avtomobillə toqquşan "Mercedes Viano" markalı avtomobildə müğənnidən əlavə prodüseri və sürücüsü olub. Təcili özəl xəstəxanalardan birinə yerləşdirilən zərəçəkmişlərdən sürücü və prodüserin vəziyyəti orta, müğənninin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Müğənninin şok yaşadığı deyilir. Daha sonra reanimasiyaya yerləşdirilən Şəbnəm Əsədovanı görmək istəyən həyat yoldaşı müğənninin yanına buraxılmadığı üçün klinikanın personalı ilə dalaşıb.

Xatırladaq ki, bu gün Şəbnəm Əsədovanın Mingeçevirdə "Sərin, sərin" adlı solo konserti baş tutmalı idi. Big.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31