Gündəm

Rəsmi Seul Pxenyana hərbi danışıqların bərpa olunmasını təklif edib

17 İyul 2017 11:59

Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasına Koreya yarımadasında gərginliyin azaldılması üçün hərbi nümayəndələr arasında danışıqların aparılmasını təklif edib.  İki ölkə arasında dialoqun bərpası ideyasını Cənubi Koreya prezidenti Mun Çje İn Almaniyaya səfəri zamanı irəli sürüb.

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu ilə maraqlanır

17 İyul 2017 11:56

“Qarabağ” klubu Nikaraqua millisinin futbolçusu Xuan Barrera ilə maraqlanır. “Report”un elnuevodiario.com.ni saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi hazırda Qvatemalanın “Komunikasyones” komandasında forma geyinən 28 yaşlı cinah yarımmüdafiəçisini transfer etmək istəyir. “Qarabağ”ın nikaraqualı futbolçu üçün klubuna 400 min dollar ödəməyə hazır olduğu bildirilir.

"Kəpəz"də üç legioner

17 İyul 2017 11:50

Türkiyədə hazırlıqlarını davam etdirən "Kəpəz"ə daha üç futbolçu qoşulub. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor,  Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir.  1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.

Ronaldo zirvədə, Skarlatake kənarda qaldı

17 İyul 2017 11:48

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2017-ci ilin arxada qalan 6 ayının yekunlarına əsasən dünyanın ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Cədvəldə beynəlxalq oyunlarda ən azı 6 top vuranlar yer alıb. 

XİN: Qanunsuz “parlament”in saxta “prezident seçki”si keçirməsi özünü gülünc vəziyyətə qoymaqdan başqa bir şey deyil

17 İyul 2017 11:44

"Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixində keçirilmiş qurama “seçkilər”, 20 fevral 2017-cı il tarixində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb. Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyil. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər". 

Venesuelada referendumun NƏTİCƏSİ: Xalq prezidentin istefasını istəyir

17 İyul 2017 11:41

"Venesuela müxalifətinin tələbi ilə keçirilən referendumun nəticələri göstərdi ki, xalq hazırkı prezident Nikolas Maduronun istefasını istəyir". Bunu ölkədə keçirilən referendumdan sonra Milli Assambleyanın (Parlament) sədri Xulio Borxis bəyan edib.

200 tələbə qıza təcavüz edən qadın müəllim həbs edildi

17 İyul 2017 11:37

ABŞ-ın Pensilvaniya ştatında dəhşətli hadisə baş verib. 34 yaşlı Randi Zurenko adlı qadın müəllim 2 qız tələbəsinə təcavüz edib. Faktla bağlı dərhal cinayət işi açılıb və məhkəmə prosesi başladılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, evli müəllim fəaliyyəti boyunca 200-ə yaxın tələbəsinə cinsi təcavüz edib. Təcavüzə uğrayan tələbələrin 16-17 yaşında olduğu ortaya çıxıb. İstintaq prosesi zamanı müəllimin kompüterində uşaqlara tətbiq etdiyi cinsi təcavüzlərin görüntüləri tapılıb.

Rusiyada yanğın zamanı bir ailənin 5 üzvü ölüb

17 İyul 2017 11:32

Rusiyada baş verən yanğın nəticəsində bir ailənin 5 üzvü ölüb. Hadisə Orenburq vilayəti Buzkukskiy rayonunun Koltubanovski qəsəbəsində qeydə alınıb.

Bu il 133 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi başlanıb

17 İyul 2017 11:26

“2017-ci ilin birinci yarım ili ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində vətəndaşların 3656 müraciətinə baxılıb. 125 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 75-i üzrə cinayət işi başlanıb, 50 material üzrə digər prokuror təsir aktları tətbiq edilməklə 29 nəfər vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”.

Musa Qasımlı: “Səfər əməkdaşlığın inkişafında yeni səhifə açacaq”

17 İyul 2017 11:22

"Cənab Prezidentimiz İlham Əliyevin Latviyaya səfəri dövlətimizin bu region ölkələri ilə münasibətlərinin inkişafına verdiyi xüsusi diqqətin nümunəsidir”. Bunu  millət vəkili Musa Qasımlı deyib.

"Benzinin bahalaşması reallıqdan doğan bir addımdır"

17 İyul 2017 11:21

"Aİ-92 markalı benzinin qiymətinin artırılmasının əsas səbəbində xarici amillər dayanır. Belə ki, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutası dəyərdən düşdü və dolların məzənnəsi qalxdı.

Türk qadın kamikadzelər həbs edildi

17 İyul 2017 10:46

Mosulda 25 İŞİD üzvü  həbs edilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD üzvü olanların  üzərində kamikadzelərin istifadə etdiyi canlı bomba  və silah tapılıb. Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra Terrorla Mübarizə əməkdaşlarının  şəhərdə həyata keçirdikləri əməliyyatlar davam edir.  Təhlükəsizlik əməkdaşları  tarixi şəhərin mərkəzində yerləşən bir tuneldə saxlanan 25 İŞİD üzvünü həbs ediblər. Həbs olunanlar arasında  üç Türk qadın terrorçularla yanaşı, beş Alman, üç Rus, iki Kanada vətəndaşlarının olduqları məlum olub.

PriFest Beynəlxalq Film festivalı Kosovada başladı

17 İyul 2017 10:12

Kosovanın paytaxtı Priştinada bu il doqquzuncusu təşkil edilən Prifest Beynəlxalq Film Festivalı təşkil olunub. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, festival  Kosova və Niderlandın birgə istehsalı olan "Sevilməyənlər" filmi ilə açıq elan edilib. Zahir Pajaziti meydanında həyata keçirilən və bu il Türkiyənin "qonaq ölkə" olaraq qatıldığı festivalın açılışına, qonşu  ölkələrindən çoxlu sayda aktyorlar, rejissorlar və prodüserlərlə birgə, Oscar mükafatı laureatı kanadalı rejissor Paul Haggis də iştirak edib. Festival haqqında PriFestin direktoru Vjosa Berisha məlumat verərkən qeyd edib ki, festival çərçivəsində bu il 80 film nümayiş olunacaq. Bunlardan 40  film  4 ayrı kateqoriyada yarışacaq, digər filmlər isə təqdimat proqramlarında iştirak edəcək.

Məşhur yazar vəfat etdi

17 İyul 2017 09:50

Məşhur Yunan yazarı Kostas Mourselas 85 yaşında vəfat edib. “Olaylar” “Cumhuriyyet” - ə istinadən bildirir ki, Kostas Mourselas Yunanıstanda həm də aparıcı teatr xadimi kimi də tanınırdı. Yazarın “Qırmızıya boyalı saçlar” və “ Kədərliyik, ona görə bağlıyıq” kimi məşhur əsərləri var.

Aviareyslər təxirə salındı

17 İyul 2017 09:27

Əlverişsiz hava şəraiti ilə əlaqədar Moskvada 40-dan çox aviareys təxirə salınıb. “Domodedovo” və “Şeremetyevo” aeroportlarında 44 aviareys təxirə salınıb. Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi paytaxtda havanın kəskin pisləşəcəyi barədə xəbərdarlıq yayıb.