Türk qadın kamikadzelər həbs edildi
Mosulda 25 İŞİD üzvü həbs edilib. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, İŞİD üzvü olanların üzərində kamikadzelərin istifadə etdiyi canlı bomba və silah tapılıb. Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra Terrorla Mübarizə əməkdaşlarının şəhərdə həyata keçirdikləri əməliyyatlar davam edir. Təhlükəsizlik əməkdaşları tarixi şəhərin mərkəzində yerləşən bir tuneldə saxlanan 25 İŞİD üzvünü həbs ediblər. Həbs olunanlar arasında üç Türk qadın terrorçularla yanaşı, beş Alman, üç Rus, iki Kanada vətəndaşlarının olduqları məlum olub.
17 İyul 2017 10:46 DünyaMosulda 25 İŞİD üzvü həbs edilib. "Olaylar" "Miliyyet" - ə istinadən bildirir ki, İŞİD üzvü olanların üzərində kamikadzelərin istifadə etdiyi canlı bomba və silah tapılıb.
Mosul İŞİD terror qruplaşmasından təmizləndikdən sonra Terrorla Mübarizə əməkdaşlarının şəhərdə həyata keçirdikləri əməliyyatlar davam edir. Təhlükəsizlik əməkdaşları tarixi şəhərin mərkəzində yerləşən bir tuneldə saxlanan 25 İŞİD üzvünü həbs ediblər. Həbs olunanlar arasında üç Türk qadın terrorçularla yanaşı, beş Alman, üç Rus, iki Kanada vətəndaşlarının olduqları məlum olub.
Qeyd edək ki, İraqın ikinci böyük şəhəri olan Mosul ötən həftə İŞİD terror qruplaşmasından təmizlənib. Şəhər üş il idi ki, terrorçuların nəzarəti altında idi.