"Kəpəz"də üç legioner
Türkiyədə hazırlıqlarını davam etdirən "Kəpəz"ə daha üç futbolçu qoşulub. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir. 1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.
17 İyul 2017 11:50 İdmanTürkiyədə hazırlıqlarını davam etdirən "Kəpəz"ə daha üç futbolçu qoşulub. Ərzumdakı hazırlıq prosesində Nigeriyadan olan Oseqheyl Laki Viktor, Malidən Dialo Samba və Braziliyadan Ferreyra Das Çaqas Dedimar iştirak edir. 1992-ci il təvəllüdlü Dedimar müdafiəçi, 1995-ci il təvəllüdlü Laki hücumçu və 1994-cü il təvəllüdlü Samba yarımmüdafiəçidir.
"Kəpəz"ə menecerlər tərəfindən təklif olunan hər üç futbolçunu komandanın baş məşqçisi Şahin Diniyev iki ay müddətində yaxından izləyib və onlar haqda müsbət qərar verilib. Qol.az