Gündəm

Hindistanda prezident seçkiləri

17 İyul 2017 09:26

Bu gün Hindistanda prezident seçkiləri keçiriləcək. Bu seçkilər 1950-ci ildən bəri Hindistanda keçirilən 15-ci prezident seçkisi olacaq. Seçkilər yerli vaxtla saat 10:00-da başlayacaq (Bakı vaxtı ilə 08:30), saat 17:00-a (Bakı vaxtı ilə 15:30) qədər davam edəcək. Ölkənin birinci postu uğrunda toxunulmazlar kastasından olan Ram Naxt Kovind və hakim partiyadan olan namizəd, həmçinin toxunulmazlar kastasının nümayəndəsi Meyra Kumar mübarizə aparacaqlar.

Sərhəddə silahlı toqquşma

16 İyul 2017 19:15

İranın Sistan və Belucistan əyalətində Pakistanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İRGC) ilə terrorçu qruplaşma arasında silahlı toqquşma olub. Terrorçu qruplaşma Pakistan ərazisindən İranın sərhədini atəşə tutub və nəticədə 2 nəfər həlak olub.

Məşhur yazıçı vəfat etdi

16 İyul 2017 19:08

 Anjelika haqqında tarixi romanlar seriyasının müəllifi, fransız yazıçı Ann Qolan dünyasını dəyişdi.  Məşhur yazıçının 95 yaşı vardı. Yazıçının ölümü haqqında qızı mətbuata açıqlama verib. Anjelika haqqında seriya romanı Qolan əri ilə bir yerdə yazıb. Bu seriya roman 13 kitabdan ibarətdir. 1950-ci illərdə çap olunan kitab bir anda bütün Avropada populyarlaşdı. 1960-cı və eləcə də 2013-cü illərdə kitab ekranlaşdırılıb. 

Bakıda ikimərtəbəli kafe yanıb

16 İyul 2017 19:05

Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus hər mərtəbəsi 100 m2 olan ikimərtəbəli kafenin dam örtüyünün yanar konstruksiyaları 60 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Dostoyevskidən film çəkəcək

16 İyul 2017 19:03

  Rejissor Əmir Kusturitsa Dostoyevskinin əsərləri əsasında film çəkəcək. Məşhur rejissor filmi Çində çəkməyi düşünür. “Mən Çin firması ilə müqavilə bağladım. Bu filmdə insanın mənəvi qarışdurmasından bəhs olunacaq. Hansı ki, bu dilemma Dostoyevski yaradıcılığına xasdır. Başqa bir aspektdən, çin cəmiyyətinin gözü ilə Dostoyevski yaradıcılığı təqdim olunacaq. Rus klassikasının mövqeyini müasir dövrə yaxınlaşdırmaq filmin ideyasını təşkil edir”.

Azərbaycan Prezidenti İlham Əliyev Latviyaya rəsmi səfərə gəlib

16 İyul 2017 18:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Latviya Respublikasına rəsmi səfərə gəlib. Azərbaycanın və Latviyanın dövlət bayraqlarının dalğalandığı Riqanın beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Muğam Mərkəzində "Zəhra" adlı tədbir  

16 İyul 2017 18:57

Beynəlxalq Muğam Mərkəzində "Zəhra" adlı tədbir müharibələr və digər silahlı konfliktlər nəticəsində həyatlarını itirmiş uşaqlara həsr edilib. Mərkəzdən "Olaylar" - a bildirilib ki, gecə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "SÖZ" ədəbi layihəsi, Cabir Novruz Fondu, Beynəlxalq Muğam Mərkəzi, "Asan radio" və Gənclər fondunun dəstəyi ilə keçirilib.     Tədbirin əvvəlində Heydər Əliyev Fondunun Vitse-prezidenti Leyla Əliyevanin Füzuli rayonunun Alxanlı kəndində erməni təxribatı nəticəsində həyatını itirmiş iki yaşlı Zəhra Quliyevaya həsr olunmuş şeri Fidan Hüseynova tərəfindən səsləndirildi. Əməkdar artistlər Sevda Ələkbərzadə və Tünzalə Ağayeva həmçinin Nigar Camal, Elnur Hüseynov, Bəhram Quluzadə, Vaqif Nağıyev, Murad İbrahimov, şairlər Xəyal Rza, Şəhriyar,del Gerani, Mehman Rəsulov, Solmaz Süleymanlı, Leyli Salayeva, "SÖZ" layihəsinin direktoru şairə Nigar Həsənzadə çixiş etdilər. Gecənin aparıcıları "Asan Radio"nun direktoru Emin Musəvi və Nigar Həsənzadə idi.      Bu musiqili-ədəbi gecədə  mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, xarici ölkələrin səfirləri, diplomatik nümayəndəliklərin təmsilçiləri, Milli Məclisin deputatları,  xarici qonaqlar, uşaqlar və gənclər iştirak edirdi.

Futbol zamanı  dəhşət: 8 ölü, 49 yaral

16 İyul 2017 14:14

Seneqalda futbol çempionatı zamanı dəhşətli hadisə baş verib. Paytaxt Dakarda azarkeşlərin yaratdığı sıxlıq nəticəsində meydançanın qoruyucu divarı uçub. Hadisə nəticəsində 8 nəfərin öldüyü, 49 nəfərin yaralandığı bildirilir.

Parkı yandı

16 İyul 2017 14:12

Dərbənddə baxımsız qalmış Nizami Gəncəvi parkının ərazisində yanğın baş verib. Alov yanğınsöndürənlərin səyi nəticəsində söndürülüb. Yanğının səbəbləri və hadisənin təfərrüatları dəqiqləşdirilir. Məlumata görə, yanğın vaxtilə əhəmiyyətli mədəni istirahət yerinin tənəzzül tarixinin davamı ola bilərdi. Tarixi-mədəni əhəmiyyətə malik park illərlə abadlaşdırılmır, ona görə də, burada təsadüfi yanğın ehtimalı maksimuma qədər artıb. Agentlik dəfələrlə hakimiyyət, hüquq-mühafizə orqanları və ictimaiyyətin diqqətini Nizami parkı ətrafında yaranan vəziyyətə yönəldib. Məlum olduğu kimi bu ərazidə tikinti işləri yekunlaşıb.

Fərəh Əliyeva Londonda

16 İyul 2017 11:06

 Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor, əməkdar incəsənət xadimi Fərəh Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə London şəhərində Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin illik yekunlarına həsr olunmuş hesabat sərgisində iştirak edib. Universitetedən "Olaylar" - a bildirilib ki, ənənəvi olaraq hər il Şəhzadə Çarlzın iştirakıyla keçirilən, məzunların fəaliyyətinin nəticələrini təbliğ və beynəlxlaq təcrübə mübadiləsi məqsədini ehtiva edən tədbir cari ilin 26 iyun tarixindən – 7 iyul tarixinədək davam edib. Hesabat sərgisində magistr və doktorantura proqramlarını bitirməkdə olan tələbələrin işləri, o cümlədən Şahzadə Məktəbinin Beynəlxalq Tanıtım Proqramları çərçivəsində hazırlanmış işlər nümayiş olunub.

Türkiyədə  6 nəfər yaralandı

16 İyul 2017 10:57

Türkiyənin paytaxtı Ankara şəhərində 2016-cı ilin 15 iyul tarixində baş verən dövlət çevrilişinə cəhd hadisəsinin ildönümü münasibətilə yüzminlərlə insan mitinq keçirib. Dinc mitinq zamanı 6 nəfər xəsarət alıb. Buna uçuş aparatının (dron) çəkiliş zamanı mitinq iştirakçılarının üzərinə düşməsi səbəb olub. Yaralanan 6 nəfərə ilkin tibbi yardım göstərilib.

Ana və körpəsi zəhərləndi

16 İyul 2017 10:52

Tovuzda zəhərlənmə olub. Rayonun Qovlar şəhər sakini 1987-ci il təvəllüdlü Əliyeva Şəlalə və onun 2 aylıq oğlu Süleyman Sadıqov zəhərlənmə əlaməti ilə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, qadın həyətlərində olan toyuq damını dərmanla dezinfeksiya etdikdən sonra zəhərlənib.