Gündəm
900 maşın yandırlıdı
Bastiliyanın alınması günü Fransada 900 maşın yandırılıb, 40 nəfərə yaxın insan saxlanılıb. Ölkənin milli bayramı kütləvi həbslə yadda qalıb. Fransanın Daxili İşlər Nazirliyinin açıqlamasına görə, iyulun 13-14-də 897 avtomobil yandırılıb. Polis aranı sakitləşdirmək üçün 368 nəfəri həbs edib.
Tehran metrosunda SİLAHLI İNSİDENT
Bəzi mənbələr Tehran metrosunda yaralananların sayının 15 nəfərə yaxın olduğunu yazıb. Hadisə zamanı yaralananlardan biri din xadimidir. İddialara görə, hadisəni törədən tək olmayıb. İran məhkəmə sisteminin rəsmi orqanı olan “Mizan” xəbər agentliyi hadisə ilə bağlı bir neçə nəfərin saxlandığı barədə məlumat dərc edib. Metro stansiya bir neçə dəqiqə bundan əvvəl iş rejimini bərpa edib. ***
ADMİU tələbələrinin Beynəlxalq müsabiqədə uğuru
Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti Macarıstanın Balaton və Vesperm şəhərlərində keçirilən “Renessans” Beynəlxalq Festivallar çərçivəsində “XVII Balaton-Youth-Art” festivalında iştirak ediblər. Universitetdən "Olaylar" - a bildirilib ki, Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Səbinə Mehdiyeva beynəlxalq festival-müsabiqəyə münsiflər heyətinin üzvü kimi dəvət olunub. Müsabiqədə kafedranın dosenti Zəhra Qarayevanın müşayiəti ilə I kurs tələbələri Pərvin Paşazadə A.Məlikovun və M.Defalyanın, Aysun Qəmbərova isə F.Əmirovun və H.Montun əsərlərini ifa edib.
Rza Zərrabdan XƏBƏR VAR
Bank saxtakarlığı, rüşvət və korrupsiya qalmaqalı çərçivəsində həbs olunan biznesmen, Nyu-Yorkda məhbus olaraq mühakimə olunan İran əsilli iş adamı Rza Zərrab məsələsində sürpriz baş verdi. Zarrabın Nyu-Yorkun Manhetten səmtində qaldığı “Metropolitan” həbsxanasında 3 həftə ərzində təcrid otağına qoyulduğu, daha sonra isə çıxarılıb başqa bir həbsxanaya aparılacağı öyrənildi. Zarrabın vəkili Bencamin Brafman, işə baxan hakim Riçard Bermana yazdığı ərizədə, müvəkkilinin heç bir əsas göstərilmədən həbsxanada 21 gün ərzində bir təcrid otağına salınmasını, sonra da yenə əsassız olaraq Bruklindəki “Metropolitan Detention Center”ə aparıldığını ifadə etdi.
Çoxmərtəbəli binada güclü yanğın
Havay adalarının paytaxtı Honoluludakı çoxmərtəbəli yaşayış binalarından birində baş vermiş yanğın zamanı azı 3 nəfər ölüb. Məlumata əsasən iki nəfər dəm qazından zəhərlənmə ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə həkimlər cəlb edilib. Yanğınsöndürmə xidmətinin rəisi Devid Cenkins alovun söndürülməsinə azı 100 yanğınsöndürən cəlb edildiyini qeyd edib. Yerli vaxtla saat 14:15-də başlamış alovun söndürülməsi 3 saat ərzində mümkün olmayıb.
Ölkədaxili qatarlarda qiymətlər qalxdı
Azərbaycan Dəmir Yollarının sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiq edilməsi bu gündən qüvvəyə minib. Bu gündən etibarən ölkədaxili sərnişin və sürət qatarlarına biletlər yeni tariflərlə satılacaq. Belə ki, ölkədaxili səfər edən sərnişinlər bu gündən etibarən biletləri 20 faiz baha əldə edəcəklər.
Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-da
Meksika Birləşmiş Ştatlarının səfiri ADMİU-nun qonağı olub. Universitetdən "Olaylar" - a bildirilib ki, Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı xoşməramlı ilk səfiri Xuan Rodriqo Labardini Flores Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub və Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva ilə görüşüb. Görüş zamanı hər iki ölkənin tarixi və mədəniyyəti haqqında məlumatlar verilib və ölkəmizin Meksika üçün vacib tərəfdaş olduğu vurğulanıb.
Elçin Musaoğlu beynəlxalq film festivalının münsiflər heyətində
Tanınmış Azərbaycan kinorejissoru və ssenaristi Elçin Musaoğlu 13-cü Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramının münsiflər heyətinə dəvət olunub. “Azərbaycanfilm” kinostudiyasından "Olaylar" - a bildirilib ki, festival iyulun 22-dən 28-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək.
Türklərə hücum
İngiltərənin paytaxtı Londonda PKK terror təşkilatının üzvləri sivil vətəndaşlara hücum edib. Hücum 15 iyul hərbi çevrilişinin ildönümünü qeyd etmək məqsədilə London səfirliyində toplaşmaq istəyən türk vətəndaşlarına qarşı təşkil edilib. Terrorçular hadisə yerinə gələn polis əməkadaşlarına da hücum edib.
Teymur Rəcəbov liderdir
FIDE Qran-Prisinin Cenevrədə keçirilən mərhələ yarışının 7-ci turunda ağ fiqurlarla rusiyalı Pyotr Svidlerə qalib gələn Teymur Rəcəbov yenə də turnirin tək lideri olub. Turnirin sonuna iki tur qalmış azərbaycanlı qrossmeysterin aktivində 5 xal var. Öz aralarında heç-heçə oynamış Aleksandr Qrişşukun (Rusiya) və Pentala Harikrişnanın hər biri 4,5 xal toplayıb. Yeddinci turun digər görüşlərində Pavel Elyanov (Ukrayna) Saleh Salemə (BƏƏ), Aleksandr Ryazentsev Li Çaoya qalib gəlib, Şəhriyar Məmmədyarov-Yan Nepomnyaşşiy ( Rusiya), Aniş Giri (Hollandiya)-Levon Aronyan (Ermənistan), Maykl Adams (İngiltərə)-Dmitri Yakovenko (Rusiya), Hou İfan (Çin) və Boris Gelfand (İsrail), Ernesto İnarkiyev (Rusiya) və Rihard Rapport (Macarıstan) görüşləri heç-heçə başa çatıb.
Nə qədər yuxu gördüyünüzü bilirsinizmi?
Bütün canlı varlıqlar öz güclərini təzələmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Və bu istirahət məcburi onların sorağına gəlir. Yuxudan yaxşı bir istirahət ola bilərmi? O, məcburi insanın sorağına gələr və onun bütün cismi və zehni fəaliyyətlərini dayandırar. Yuxu nədir? Nə səbəb olur ki, insan yuxuya gedir? Bu haqda ailmərin bir çox fikirləri var. Bəziləri hesab edirlər ki, yuxu zamanı beyndəki qanın bir çox hissəsi bədənin müxtəlif yerlərinə axırlar. Və onu fiziki amillərlə əlaqələndirirlər.
Qurban Qurbanov: Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır
"Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır". Bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkünü şərh edərkən deyib.
Qaraciyərin zəhərlə dolu olduğunu göstərən əlamətlər
Qaraciyər beynimizdən sonra orqanizmin ən ağır orqanlarından biridir. Bədəndə yığılan qlükoza və müxtəlif toksinləri təmizləmək qaraciyərin əsas funksiyasıdır. Odur ki, qaraciyər sağlamlığına xüsusilə diqqət etmək lazımdır. Balanslı qidalanmaq, siqaretdən uzaq durmaq qaraciyər zəhərlənməsinin qarşısını alan ən mühüm addımlardandır.
Süni intellektlə idarə olunan mobil klinika təqdim olunub
Yüksək texnologiyalar həyatımızı daha asan, daha yaxşı və daha təhlükəsiz etmək üçün nəzərdə tutulub. Tibb sahəsindəki həllər, həmçinin bu amala xidmət edir. Məsələn, “Artefact Group” şirkəti bu yaxınlarda yaxın gələcəyin tibbi texnologiyaları ilə bağlı kifayət qədər maraqlı yenilik nümayiş etdirib: süni intellektin idarəsi altında işləyən özünü idarə edən mobil klinika. Mobil klinika yalnız sağlamlıq vəziyyətinin diaqnostikası üçün innovativ datçik və sensorları deyil, həm də sürücüsüz hərəkət edən avtomobillərin əsasını təşkil edən qabaqcıl texnologiyanı özündə birləşdirir.
Ən çox qazanan müğənillər - SİYAHI
2016-cı ilin ən çox qazanan müğənniləri açıqlanıb. "Billboard" jurnalı dünyanın ən çox qazanan musiqiçilərinin siyahısını təqdim edib. Siyahının ilk yerini Beyons tutur. Onun qazancı 62, 1 milyon dollar civarındadır. 42, 3 milyon dollarla ikinci yerə Guns N' Roses sahibdir. Bryus Sprinqsin 42, 2 milyon dollarla üçüncü olub. Siyahıda Dreyk, Adel, Koldplay, Castin Biber, Lyuk Brayan, Kanye Uest, Kenni Çesni kimi məşhur müğənnilər də yer alıb.


.jpg)











