Gündəm
Dərd ürək tutması riskini artırır
Məlum olduğu kimi, stress ürək tutmalarına zəmin yaradır. Lakin indi alimlər hesablayıblar ki, yaxın adamın itirilməsi bu riski dərhal 21 dəfə artırır. "Circulation" jurnalına görə, riskin belə yüksək səviyyəsi faciədən sonrakı ilk gün ərzində qalır. Daha sonra bu göstərici tədricən azalır, lakin buna baxmayaraq, bütün həftə ərzində altı dəfə normadan artıq səviyyədə olur. Nəticə 2 minə yaxın adamın üzərində aparılan tədqiqat zamanı əldə olunub.
15 iyul çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanət idi
2016-cı il iyulun 15-dən 16-sına keçən gecə Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd bütün türk dünyasının əbədi yaddaşına həkk olundu. Ona görə ki, dövlət çevrilişinə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu.
Bakıda qanunsuz ağac kəsilməsi ilə bağlı məmur barəsində cinayət işi başlandı
Paytaxtın Xətai rayonu, Əbilov küçəsi 12 saylı ünvanda yaşıllıq sahəsində tikinti işlərinin aparılması zamanı Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 85 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Zahid Bədəlov tərəfindən müxtəlif cinsli (dəfnə, tut, əncir və zeytun) 4 ədəd ağac və 6 ədəd nar kolunun qanunsuz olaraq kəsilməsi nəticəsində təbiətə 6600 manat məbləğində ziyan vurulması, eləcə də həmin ünvanda aparılan tikinti işləri ilə əlaqədar yaşıllıq sahəsinin kəsilməsinə dair hüquq verən rəsmi sənədlər təqdim edilməməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb.
İlin ən yaxşı serial, aktyor və aktrisaları - "Emmi 2017"in siyahısı
Amerika Televiziya Akademiyası "Emmi 2017" mükafatlarına namizədlərin adlarını açıqlayıb. Siyahıdan bəzilərini təqdim edir. Mükafatlar sentyabrın 17-də sahiblərini tapacaq.
Ərdoğan: “Fövqəladə vəziyyət rejiminin uzadılacağına inanıram”
"Qarşıdan gələn bazar günü Milli Təhlükəsizlik Şurasının iclası var, fövqəladə vəziyyət rejimi ilə bağlı müzakirə aparılacaq". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Ankara Ticarət Dərnəyində təşkil edilən "15 iyul" panelində çıxışında bildirib.
Bürclərə görə xəstəliklər hansılardır?
Astrologiya sadəcə olaraq insanların əsas xarakterik özəlliklərini əks etdirmir, bürclər, planetlər və evlərin bəlli orqanları da təmsil etdiyini iddia edən astroloqlar astrologiya ilə sağlamlıq arasında əlaqə olduğunu hesab edirlər.
Gül qoxusu neqativ düşüncələrdən qoruyur...
Xarici görünüşü ilə ev və bağça dekorasiyalarının baş tacı olan gülün insan psixologiyasına da müsbət təsir edir. Gül görkəmi və qoxusuyla insana rahatlıq gətirir. Gözəl qoxunun mənfi düşüncələrin qarşısını aldığınlı deyən mütəxəssislər, işə başlamazdan əvvəl beyindəki negativ düşüncələri silmək üçün günü bir gül qoxlamağı məsləhət gürürlər. Gözəl qoxu beyin və organizmdə mənfi emosiyalara qarşı sədd yaradır.
Gündə 3 dəqiqə qaçmaqla ayda 4 kiloqram arıqlaya bilərsiniz!
Tədqiqat gündə cəmi 3 dəqiqə qaçmaqla istənilən çəkini atmağın mümkünlüyünü sübut edib. Professor Ceyms Timmonsun açıqladığına görə, qaçan zaman orqanizmdəki kalorinin dərhal azalması ilə yanaşı, maddələr mübadiləsi sürətlənir. Bu da öz növbəsində arıqlamaq üçün çox vacibdir. Alimlər bildirir ki, gündə 3 dəqiqə qaçmaq ay ərzində 4 kiloqram çəki atmağa kömək edir. Bu, ürək-damar problemlərinin yaranması riskini də azaldır.
Əlində qılınc və dini bayraq Təzəpir məscidinə girərək namazı pozmaq istəyən şəxslər saxlanılıb
Bakıda məscidə hücum edən şəxslər saxlanılıb. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, Təzəpir məscidində bu gün günorta namazı qılınan zaman iki nəfər məscidə girib.
Ərdoğan: "Türkiyə insan hüquqları məsələsində Qərbdən öndədir"
Misirdə hotelə HÜCUM - Turistlər ölüb
Misirin Hurqada kurort şəhərində soyuq silahla silahlanmış naməlum şəxs tərəfindən hotelə hücum olub. Hücum nəticəsində 2 turist ölüb, daha 4 nəfər xəsarət alıb.
İmişlidə avtomobil yolunun tikintisinə maliyyə vəsaiti ayrıldı
Azərbaycan Prezidenti İlham Əliyev İmişli rayonunun İmişli-Otuziki-Qaraqaşlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elmira Süleymanova "Şərəf" ordeni ilə təltif edilib
Əli Həsənov: Heç kim xalqın iradəsinə qalib gələ bilməz və xalqın iradəsi bütün iradələrdən üstündür
Bu gün Bakıda ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş "15 iyul dastanı" adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və digər dövlət rəsmiləri iştirak ediblər.
Əri həbsdə olan Zenfira: "Bir gün qaldı"
Müğənni Zenfira İbrahimovanın həbs edilən idmançı əri Anar Heydərov sabah azadlığa buraxılacaq. Bu haqda ifaçı özü xəbər verib. O, həyat yoldaşı üçün darıxdığını vurğulayıb: "Son bir gün qaldı, İnşallah. Çox darıxmışam. Anar, mənim üçün həqiqətən də sənsiz həyatın mənası yoxdur".














