Gündəm
Prezident akademik Həsən Abdullayevin 100 illik yubileyi ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev akademik Həsən Abdullayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb. 2018-ci ildə görkəmli Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, professor, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Məmmədbağır oğlu Abdullayevin anadan olmasının 100 illiyi tamam olur.
Ölümdən qaçdı, ölümə qovuşdu - VİDEO
Çayı keçməyə çalışan zebra qəflətən ona doğru üzməyə başlayan iki timsahı görür. Ölümdən qaçmağa çalışan zebra var gücü ilə hərəkət edir və sonucda sahilə çıxaraq timsahların iti dişlərindən qurtulmağa başlayır.
Nazarovla müqaviləsinin müddətini vaxtından əvvəl uzatdılar
Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov formasını geyindiyi Almaniyanın "Aue" klubu ilə müqaviləsinin müddətini vaxtından əvvəl uzadıb.
Onların ABŞ-a girişinə qoyulan qadağa götürüldü
ABŞ-da bir ştatın federal hakimi prezident Donald Trampın təsdiq etdiyi səyahət qadağasını ləğv edib. Artıq ABŞ-ın Havai ştatında yaşayan miqrantların ailə yaxınları ölkəyə giriş edə biləcək.
Azərbaycanda taksi şirkətinə ERMƏNİ RƏHBƏRLİK EDİR?
Azərbaycandakı taksi şirkətinin başına erməni rəhbərin keçməsi barədə xəbərlərə Bakı Nəqliyyat Agentliyi aydınlıq gətirib. Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Ermənistan vətəndaşı və ya erməni əsilli vətəndaşı olan şirkətlə əməkdaşlıq etməyəcəklər: “Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq.
Bastiliya günü Parisi etiraz aksiyaları bürüdü - Trampa qarşı
Fransanın paytaxtı Parisdə milli bayram - Bastiliyanın alınması günündə etiraz aksiyası keçirilib. Etirazlar bu ölkədə səfərdə olan ABŞ prezidenti Donald Trampa qarşı olub. Yüzlərlə etirazçı D.Tramp əleyhinə müxtəlif şüarlar səsləndirərək yürüş keçirib.
Yol polisi sürücülərə müraciət etdi
Baş Dövlət Yol Polisi İdarəsi sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən verilən məlumata görə, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarında təhlükəsizliyin təmin olunması məqsədilə iyulun 17-dən Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti ilə birgə respublika ərazisində tədbir keçirəcək.
"Qalatasaray"dan La Liqa klubuna
"Malaqa" "Qalatasaray"ın qapıçısı Cenk Gönəni transfer edir. Bu gün İspanyaya yola düşən 29 yaşlı qolkiper tibbi müayinədən keçdikdən sonra "Malaqa" ilə 3 illik müqavilə imzalayacaq. İspaniya klubunun bu transfer üçün "Qalatasaray"a 1 milyon avro ödəyəcəyi bildirilir.
İnterpol 30 yaşlı bu azərbaycanlını axtarır
İnterpol daha bir azərbaycanlı barədə axtarış elan edib. 1987-ci il təvəllüdlü Elçin Pirişov dələduzluqda təqsirləndirilib. Azərbaycanın məhkəmə orqanı tərəfindən barəsində həbs qəti imkan tədbiri seçilən E.Pirişov istintaqdan yayındığı üçün onun axtarışa verilməsi barədə qərar çıxarılıb.
Nişanlısını qətlə yetirən şəxs: “"Onunla həmişə hamamda görüşürdük"
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. Söz dövlət ittihamçısı Ramin Nağdəliyevə verilib. Prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. Təqsirləndirilən şəxs ittihama münasibət bildirək özünü təqsirli bilib. Nəcəf Məcidov qeyd edib ki, nişanlısı ilə həmişə hamamda görüşüb: "Həmin gün də görüşümüz hamamda idi. Hava soyuq olduğu üçün qapını da içəridən bağladım ki, içəri isti olsun. Mübahisə etdik. Sözlərimə qulaq asmırdı.
"Hər yer qan idi, beyni parçalanmışdı..." - Liftin şaxtaya düşdüyü binadan- VİDEO
Bakının bəzi binalarında liftlərin nasazlığı səbəbindən bədbəxt hadisələr tez-tez baş verir. Elə ötən gün növbəti dəfə liftin şaxtaya düşməsi nəticəsində bir nəfər ağır xəsarət alıb. Hadisə Xətai rayonu Məhəmməd Hadi küçəsi 58A ünvanında tikintisi başa çatmamış çoxmərtəbəli binada qeydə alınıb. Belə ki, liftin şaxtaya düşməsi nəticəsində 1970-ci il təvəllüdlü Ramiz Mərdiyev ağır xəsarət alıb. O, hazırda 3 saylı şəhər Klinik xəstəxanasının reanimasiya bölməsindədir.
Nüman Qurtulmuş: "Fətullah Gülənin həbs edilərək Türkiyəyə ekstradisiyası üçün işlər görülür"
"FETÖ terror təşkilatının rəhbəri Amerikada, Pensilvaniyada oturur. Amerika-Türkiyə münasibətləri baxımından Fətullah Gülən həbs edilməlidir". Bunu Türkiyə baş nazirinin müavini Nüman Qurtulmuş xarici media nümayəndələri ilə görüşündə deyib.
"Əgər çevriliş baş tutsaydı bütün regionda çox dəhşətli hadisələr baş verə bilərdi"
"Ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çerilişinə cəhd, Vətənə ən boyük xəyanət idi". Bunu Türkiyənin Gürcüstandakı səfiri Zəki Ləvənt Gümrukçü iyulun 14-də səfirlikdə keçirdiyi mətbuat konfransında bildirib.
"Barcelona" yetirməsini geri qaytardı
Jerar Delofeu "Barcelona"ya geri dönüb. 23 yaşlı futbolçu iyulun 14-də ktalonların bazasında gələrək tibbi müayinədən keçib və 2019-cu ilə kimi nəzərdə tutulan müqaviləni imzalayıb. "Barcelona" müqavilə ilə "Everton"a məxsus olan yarımmüdafiəçini geri qaytarmaq üçün iyunun 30-a kimi 12 milyon avro ödəməli idi.
83 nəfər həlak olub
Hindistanın şimal-şərqində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 83 nəfərə çatıb. Daşqın nəticəsində 2 milyondan çox adamın isə evsiz qalması bildirilir.














