Gündəm

Prezident yenilənmiş dövlət büdcəsini təsdiqləyib

14 İyul 2017 17:23

Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanunu təsdiqləyib. Qanunda edilən dəyişikliklərə əsasən, dövlət büdcəsinin gəlirləri 16,766 mlrd. manat, xərcləri 17,941 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 16 mlrd. 119,015 mln. manat, yerli gəlirləri 646,985 mln. manat, mərkəzləşdirilmiş xərcləri 17 mlrd. 219,758 mln. manat, yerli xərcləri 721,242 mln. manat) məbləğində təsdiq edilib.

Solmaz Acunun kanalında seriala çəkilir

14 İyul 2017 17:20

"Show TV"də yayımlanan "Evleneceksen gel" izdivac proqramının gəlin namizədi Solmaz Ciros bəy namizədi Kaan Güvenilir ilə birlikdə seriala çəkilir. Serialda müğənni Əmrahın oğlu Tayfun da rol alacaq. Ekran işinin yayımlanacağı kanalın adı da açıqlanıb.  Belə ki, "Global Medya"nın layihəsi olan "Aşk-ı Roman" avqustdan etibarən həftə içi hər gün TV8-də yayımlanacaq. 

Norveç XİN: "Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə beynəlxalq sabitliyə təhlükədir"

14 İyul 2017 17:18

Bu həftə Avstriyada baş tutmuş ATƏT XİN Şurasının qeyri-rəsmi görüşündə Norveç ATƏT-in hazırkı sədri Avstriyanı Azərbaycanın ərazi bütövlüyünü müdafiə etməyə çağırıb.

Körpələrini öldürüb paketə qoyaraq soyuducuda dondurdu - DƏHŞƏTLİ CİNAYƏTİN ÜSTÜ AÇIQLDI

14 İyul 2017 17:01

Fransanın qərbindəki Lorient şəhərində 50 yaşlı qadının dəhşətli cinayət əməlinin üstü açılıb. 50 yaşlı qadının boğaraq öldürdüyü körpəsi iş yerinin soyuducusunda ortaya çıxınca onun əvvəllər də eyni cür cinayət törətdiyi istintaqa məlum olub.

"Gəncə mənim irəm bağım..."

14 İyul 2017 17:00

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı ( – Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra edilən – ) layihəsi çərçivəsində Gəncədən mə¬ruzə hazırlamaq sorumluluğunu üzərimizə götürmək bir az cəsarətimizi ürkəkləşdirdi… lakin “aşıq gördüyünü çağırar” misalındakı kimi, gördüyümüzü yazmağa cəhd etdik. Hazırda ədəbi proses haqqında yazılan əksər yazılarda bu cümlə rastımıza çıxır: “Ədəbiyyat inkişaf edir”. Biz bu deyilişlə, heç də razı deyilik. Ədəbiyyat inkişaf etmir, çünki… Ədəbiyyat həmişə olduğu kimi təqdim olunub oxucuya, olduğu kimi sevilib, tənqid olunub. Bu, o deməkdir ki, ədəbiyyat bütün zamanlarda olduğu kimi qalıb… Fikrimizcə, “ədəbiyyat inkişaf edir” demək absurddur. Ədəbiyyat inkişaf etmir, yaradılır. Zövq, ruh, ovqat, ən əsası da duyğu bu yaradılış prosesinin xammalıdır. Proses irəlilədikcə xammala müşahidə qabiliyyəti, elmi biliklər və Tanrının bəxş etdiyi “görə bilmək”lə yanaşı fiziki terminlə izah olunan görmə bucağı da “əlavə olunur”. Və budur; hazır məhsul – ədəbi örnək oxucunun qarşısındadır. İndi qalır ki, oxucu bunu necə “həzm edəcək”… Bu isə, yazarın deyil də, oxuyanın incələcəyi mövzudur. Bizim bölgədə də ədəbiyyat olduğu kimi yaradılır.

Faiq Əmirlinin məhkəməsində şahidlər danışdı

14 İyul 2017 16:52

Bu gün Səbail rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin işi üzrə məhkəmə prosesi davam etdirilib.

Erməni qızları barədə Jirinovskidən ŞOK İFADƏLƏR: “Subay rus zabitlərini ora göndərsək...”

14 İyul 2017 16:47

Bu gün Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi ratifikasiya edən Dövlət Dumasında Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski maraqlı çıxış edib. Jirinovski Ermənistanda Rusiya hərbi bazalarına evli olan rus zabitlərin göndərilməsini təklifi ilə çıxış edib.

“Serjik qatildir, əclafdır” – Ermənistan prezidentinin iqamətgahı önündə aksiya

14 İyul 2017 16:45

Bu gün Ermənistanda mühəndis-sahibkar olan Vardqes Qaspari prezidenti Serj Sarkisyanın iqamətgahınn qarşısında aksiya keçirib. Baqramyan küçəsində yerləşən iqamətgahın önünə gələn Qaspari yerə uzanaraq, üzərində “Serjik qatildir, Serjik əclafdır” sözləri yazılan plakatları əlində qaldırıb. 

Türkiyə baş nazirinin müavini: "İki yaşlı Zəhranın öldürülməsi beynəlxalq cinayətdir"

14 İyul 2017 16:36

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir". Bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib. N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir.

"Aşıq Əli" qohumunun qətlinə şahid olub - MƏHKƏMƏDƏ QALMAQAL

14 İyul 2017 16:29

Toyda spirtli içki qəbul edərək keçmişdə ədavətli olduğu Aşıq Əlinin qohumunu qətlə yetirməkdə təqsirləndirilən Vüsal Nemətovun cinayət işi üzrə məhkəmə davam edib.  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Mirzəxan Balayev bildirib ki, toyda Vüsal Nemətovla eyni stolda oturub: "Oturmuşduq, yeyib-içirdik. Toyda rəhmətlik Fəxri bir dəfə stolumuza yaxınlaşıb bizimlə salamlaşmışdı. Bir müddət keçdi, gördüm Vüsal yoxdur. Dedim yəqin çölə çıxıb.

Cocuq Mərcanlıda əlavə 100 evin tikintisinə başlanıldı

14 İyul 2017 16:27

"Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əlavə 100 evin tikintisinə başlanılıb". Bunu Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov deyib. Qurum rəsmisi bildirib ki, ərazidə köhnə evlərin qalıqları təmizlənib: "Evlərin bünövrəsi qazılıb və tikinti işlərinə başlanılıb".

Ombudsmanın nümayəndələri Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə görüşüb

14 İyul 2017 16:25

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.

Banklara qoyulan depozitlər 7 faiz azalıb

14 İyul 2017 16:23

Bu ilin beş ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən banklara yatırılan depozitlərin həcmi 21.5 milyard manat olub. “Olaylar” xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib. Hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə depozitlər 6.7 faiz azalıb. Bu ilin yanvar-may aylarında fiziki və hüquqi şəxslər tərəfindən manatla banklara qoyulan öhdəliklərin həcmi 5.3 milyard, dollarla isə 16.2 milyoard olub.

"Ankara hələ ümid edir ki, Vaşinqton Güləni ekstradisiya edəcək"

14 İyul 2017 16:17

Ankara Fəthulla Gülənin ekstradisiyası ilə bağlı məsələdə Vaşinqtonun əməkdaşlığına ümid edir. Bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyin Diriöz deyib. Səfirin sözlərinə görə, bu məsələ ilə bağlı bütün materiallar ABŞ tərəfinə təqdim edilib. Türkiyəli diplomat qeyd edib ki, ABŞ bu məsələnin məhkəmə yolu ilə həll edilməsində təkid edir: "Amma biz gözləyirik ki, rəsmi Vaşinqton bizimlə əməkdaşlıq edəcək".

ABŞ Baş konsulluğunda həyəcan: bir nəfər hasardan diplomatların olduğu həyətə atladı

14 İyul 2017 16:16

İstanbulun Sarıyer rayonunda yerləşən ABŞ Baş konsulluğunun həyətinə hasardan atlayan bir şəxs İstanbul Təhlükəsizlik İdarəsini hərəkətə keçirib.