Erməni qızları barədə Jirinovskidən ŞOK İFADƏLƏR: “Subay rus zabitlərini ora göndərsək...”
Bu gün Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi ratifikasiya edən Dövlət Dumasında Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski maraqlı çıxış edib. Jirinovski Ermənistanda Rusiya hərbi bazalarına evli olan rus zabitlərin göndərilməsini təklifi ilə çıxış edib.
14 İyul 2017 16:47 DünyaBu gün Rusiya-Ermənistan birgə qoşun qruplaşmasının yaradılması ilə bağlı sazişi ratifikasiya edən Dövlət Dumasında Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski maraqlı çıxış edib. Jirinovski Ermənistanda Rusiya hərbi bazalarına evli olan rus zabitlərin göndərilməsini təklifi ilə çıxış edib.
"Ermənistanda vəziyyət başqa cürdür. Ora evli zabitləri ailələrilə birlikdə göndərmək lazımdır. Çünki subay zabit istirahət vaxtlarında orada heç nə ilə məşğul ola bilməyəcək. Orada mədəniyyət evi, disko-klub yoxdur. Bununla yanaşı, ermənilər mühafizəkar adət-ənənələri qəbul ediblər. Orada qızlar küçələrdə gəzmir, kişilərlə tanış olmur. Belə olanda subay olan rus zabitləri nə edəcəklər?!", - deyə o bildirib. Publika.az