Türkiyə baş nazirinin müavini: "İki yaşlı Zəhranın öldürülməsi beynəlxalq cinayətdir"

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir". Bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib. N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir.

"Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsində haqlı tərəfdir. Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarını dərhal azad etməlidir". Bunu bu gün Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Numan Kurtulmuş bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə deyib. N. Kurtulmuş bildirib ki, Ermənistanın qısa müddətdə torpaqları işğaldan azad edərək Azərbaycana təhvil verəcəyinə ümid edir. O, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olmasına da münasibət bildirib. "Ermənistan silahlı bölmələrinin atəşi nəticəsində 2 yaşlı Zəhranın öldürülməsi qəbuledilməzdir. Bu, beynəlxalq cinayətdir", - deyə N. Kurtulmuş vurğulayıb. Aapa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31