Gündəm
Rusiya Xəzəryanı ölkələrlə bağlı planını açıqladı
Rusiya Xəzər dənizində digər ölkələrlə kruiz turizmini inkişaf etdirmək niyyətindədir. Bu barədə Turizmin İnkişafı üzrə Federal Agentliyin rəhbəri Oleq Safronov bildirib. "Biz Xəzər dənizində kruiz turizminin inkişafına dair məsələ üzərində işləyirik. Hesab edirik, bu, çox vacib və perspektiv istiqamətdir. Bu layihələr Rusiya Federasiyası, Azərbaycan, İran İslam Respublikası, Qazaxıstan və Türkmənistanı bir araya gətirə bilər. Beləliklə, hazırda mövcud olmayan tamamilə yeni, yüksək keyfiyyətli turizm layihəsi ortaya çıxacaq", - deyə o qeyd edib
Zakir Qaralov yeni prokuror təyin etdi
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinat olub. Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Ramin Hüseynov Qobustan rayon prokuroru təyin edilib.
Paytaxtda ağacların kəsilmə təhlükəsi olan ərazi nəzarətə götürüldü
Paytaxtda ağacların kəsilmə təhlükəsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olmuş şikayət araşdırılıb. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilir ki, ETSN-in "Qaynar xətt"inə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 162 və 174 saylı binaların sakinləri tərəfindən sözügedən yaşayış binalarının ətrafındakı ağacların kəsilmə təhlükəsi ilə bağlı daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən şikayətçilərin iştirakı ilə yerində araşdırılıb.
İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə İçərişəhərin ingilis və rus dillərində turist xəritəsi hazırlanıb. Baş İdarədən “Olaylar” – a bildirilib ki, nazirlikdən bildirilib ki, xəritə İçərişəhərdə yerləşən muzeylər, məscid və məqbərələr, karvansaralar, qalalar, hamamlar, tarixi-memarlıq binaları, qalereyalar, suvenir dükanları, restoran və kafelərin yeri barədə ətraflı məlumatı əhatə etməklə görməli yerlərə ən qısa marşrutu tapmaqda turistlərə yardımçı olacaq. Xəritədə İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş abidələri haqqında da qısa məqalələr yer alıb.
Jirinovski: "Ermənistanla birləşmiş qoşun qruplaşması Rusiya komandanlığı altında olmalıdır"
"Rusiya Federasiyası və Ermənistan birləşmiş qoşun qruplaşması istisnasız olaraq Rusiya komandanlığı altında olmalıdır". Bunu Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Dövlət Dumasında çıxışı zamanı bəyan edib.
Azərbaycan prezidenti türkiyəli həmkarına məktub göndərib
Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümü qeyd edilib
Binəqədi Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 48-ci ildönümünə həsr edilmiş “14 iyul 1969-cu il: Milli intibahın başlanğıc tarixi” adlı tədbir keçirilib.
2 yaşlı Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi keçiriləcək
Gənclər Təşkilatları Milli Şurasının Azərbaycanda əlaqələndiricisi olduğu “Nifrət Nitqinə Yox Hərəkatı” Kampaniyası çərçivəsində “22 İyul – Avropa Nifrət Cinayətləri və Qurbanları Günü” ərəfəsində Füzuli rayonun Alxaslı kəndinin atəşə tutulması nəticəsində həlak olan və nifrət qurbanı olan 2 yaşlı Quliyeva Zəhranın xatirəsinə həsr olunmuş poster müsabiqəsi elan olunub.
Rəfiqəsinə "İntihar edəcəyəm" yazdı: qapını qırmaq istəyən xilasedicilər gözlərinə inanmadı
Şanlıurfada 33 yaşlı Ş. adlı qadının rəfiqəsinə "intihar edəcəyəm" mesajı polis, xilasetmə və təcili yardım əməkdaşlarını hərəkətə keçirib. Hadisə axşam saatlarında Devteşti Məhəlləsində baş verib. Rəfiqəsindən gələn mesajla həyəcan keçirən qadın dərhal aidiyyatı orqanlara məlumat verib.
İlqar Mikayıloğlunu ilan sancdı - Bakıya gətirilir - YENİLƏNİB
Teleaparıcı İlqar Mikayıloğlunu ilan sancıb. Bu barədə açıqlamasında İ.Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün günorta saatlarında Beyləqan rayonu ərazisində baş verib: "İlqar yeni veriliş hazırlayır. Həmin verilişin çəkilişi zamanı onu ayağından qəfil ilan sancdı. Beyləqandakı hospitalda İlqara ilkin tibbi yardım göstərildi.
Prokuror Lapşinə cəza istədi - 6 il 6 ay
Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqer Aleksandr Lapşinin işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. Dövlət ittihamçısı A.Lapşinin 6 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Müğənni şəhidləri təhqir etdi
"O səs Türkiyə"nin yarışmaçısı Murad Özel sosial şəbəkə hesabından 15 iyul şəhidlərini təhqir edib. Bu səbəbdən də Murad Özel bir qrup adamlar tərəfindən baltalı və bıçaqlı hücuma məruz qalıb. Ona edilən hücuma səbəb isə şəhidləri təhqir etməsi olub. İlk olaraq, onu izləyən istifadəçilər etiraz edərək paylaşımın silinməsini istəyiblər. Murad ittihamlara dözməyərək yazdıqlarını silib. Məhz ondan sonra qəzəbli bir neçə nəfər müğənniyə hücum edib.
İŞİD vəhşiliyi İŞİD üzvlərinə tətbiq edildi – VİDEO
İraqın ikinci böyük şəhəri olan Mosul "İraq və Şam İslam Dövləti" (İŞİD) terrorçularından azad edilib. Hələ də şəhərdə gizlənən İŞİD üzvlərinə rast gəlinir. İraq ordusu və silahlı könüllülərin dəstələri Mosulu terrorçulardan təmizləməyə davam edirlər. T.mizlənmə zamanı İraq ordusu İŞİD terrorçularına qarşı elə İŞİD vəhşiliyini tətbiq edirlər.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi xarici sularda fəaliyyətini genişləndirir
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC xarici sularda fəaliyyətini genişləndirməkdə davam edir. AXDG “Professor Əziz Əliyev” adında daha bir gəmini Xəzərdən kənarda istismar edəcək.
Türkiyəli zabitlərin ölkəmizə səfəri başa çatıb
Azərbaycan və Türkiyə hökumətləri arasında hərbi-mülki heyətin sosial və mədəni səfərlərinin təşkilinin təmin olunması ilə bağlı Müdafiə nazirinin əmrinə əsasən ölkəmizdə səfərdə olan qardaş ölkənin bir qrup zabit heyəti və onların ailə üzvləri Bakı şəhərində olub. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə. hərbi qulluqçuların, mülki işçilərin və onların ailələrinin qarşılıqlı ziyarətlərinin təşkili çərçivəsində həyata keçirilən səfər iki ölkə arasında mövcud əməkdaşlığın genişlənməsi və əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.














