Gündəm

Konstitusiya Məhkəməsi "Banklar haqqında" qanuna şərh verdi - QƏRAR

14 İyul 2017 15:12

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib. Məhkəmənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda “Banklar haqqında” qanunun 72.1.2-ci və 72.1.3-cü maddələrinin Mülki Prosessual Məcəllənin 254.2-ci, 153.2.1-ci və 261.0.1-ci maddələri ilə, eləcə də Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” qanunun 72-ci, 77-ci və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb.

Əsl liderliyin nümunəsi

14 İyul 2017 15:08

1969-cu ildə Heydər Əliyev Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin edildiyi gündən dövrün ideoloji ağırlığına baxmayaraq, respublikanın bütün iqtisadi, ictimai, sosial sahələrində olduğu kimi, elm və təhsildə də azərbaycançılıq siyasətini həyata keçirməyə başladı. Bu siyasət çox incə məqamları hədəf alaraq gələcəyə köklənmiş strateji məqsədləri əhatə edirdi. Elm və təhsil strategiyasını milli maraqlara bağlayan Heydər Əliyev Azərbaycanın elmi potensialını tez bir zamanda artırmağı hədəf alaraq respublikanı SSRİ-də ön sıralara çıxarmağı bacardı. Onun respublikaya rəhbərlik etdiyi birinci dövr elmi potensialın yüksəldilməsi, xaricdə təhsil alan tələbələrin sayının artırılması, yüksək ixtisaslı kadrların hazırlanması işinin intensivləşməsi, yeni təhsil və elm sahələrinin açılması, ilk hərbi məktəbin təşkili və digər milli-strateji əhəmiyyətli fəaliyyətlə xarakterizə olunur.

Qızıl məmulatının ölkəyə qanunsuz gətirilməsinin qarşısı alınıb

14 İyul 2017 15:07

Gömrük əməkdaşları külli miqdarda qızıldan hazırlanmış sikkə və külçələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli və bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar. DGK-dan “Olaylar”a verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qızıl məmulatının bir qrup şəxs tərəfindən qanunsuz yolla ölkə ərazisinə gətirilməsi barədə daxil olan əməliyyat məlumatına əsasən, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşları Rzayev Zakir Rauf oğlu və Qasımov Qasım Bala Nadir oğlu nəzarətə götürülüb.

Məişət zorakılığı ilə mübarizədə ictimai fəallıq güclənir

14 İyul 2017 15:04

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə birlikdə artıq 3 ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzularında layihəni həyata keçirir.  Carı il üçün layihə 10 rayonu əhatə edəcək.

Masallıda sahibkarlara güzəştli kredit verilib

14 İyul 2017 15:01

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum Masallı rayonunun Dəlləkoba kəndində keçirillib.

Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir

14 İyul 2017 15:00

Mədəniyyət və Turizm Baş İdarəsinin Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin 2 nömrəli filialında Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan Şah İsmayıl Xətainin 530 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Lerikdə “Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda debat

14 İyul 2017 14:59

İyulun 14 – də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Lerik rayonunda gənc mədəniyyət işçiləri arasında “Sosial problemlərin həllində mədəniyyət amili” mövzusunda növbəti debat təşkil olunub. Mərkəzdən “Olaylar” – a bildirilib ki, tədbirdə Lənkəran regional Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan Lənkəran, Lerik, Astara rayonlarının mədəniyyət müəssisələrinin 50 nəfərdən çox gənc mədəniyyət işçsinin iştirak ediblər.

"Real Madrid" transfer mövqeyini dəyişdi

14 İyul 2017 14:50

Son La Liga və Çempionlar Liqası çempionu "Real Madrid" Dani Sebalyosu transfer edib. Madrid klubu bu transfer üçün "Real Betis"ə 16.5 milyon avro ödəyəcək. 6 illik müqavilə imzalayan 20 yaşlı oyunçu bir çoxları tərəfindən Luka Modriçin davamçısı kimi tanınır. Sebalyos son U-21 Avropa Çempionatında ən yaxşı oyunçu seçilib. Madrid klubu daha öncə də "Atletiko Madrid"in 19 yaşındakı fransız sol cinah müdafiəçisi Teo Hernandezi öz heyətinə qatıb.

Afaq Gəncəli: "Ani bir ehtirasa görə də xəyanət edən kişini…"

14 İyul 2017 14:49

Yol polislərindən yerlə-göy qədər razıyam. Mən xarici ölkələrdə olanda yol polislərinin nadir hallarda kiməsə kömək etdiklərini görmüşəm. Bizdə isə əksinədir. Sağ olsunlar, çox köməkləri dəyir.

Evlərə qənim kəsilən şəxs tutulub

14 İyul 2017 14:46

Oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini Məzahir Alıyev tutulub. DİN-dən verilən məlumata görə, iyunun 13-də Sumqayıt şəhər ərazisindəki evlərdən birindən noutbuk və qızıl əşyalar oğurlanıb. Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş Məzahir Alıyev tutulub. Həmçinin  Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 7-də rayon ərazisindəki mağazalardan birindən 80 manat pul, danışıq kartları, spirtli içki və tütün məmulatları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Cəmşid Hacıyev tutulub.

Quba və Ağdaş sakinlərində nakotik maddə aşkar edilib

14 İyul 2017 14:44

Quba rayon sakini Xanmurad Babayevdə xeyli miqdarda narkotik vasitə aşkar edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, Xızı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Xanmurad Babayevdən 1 kiloqram 838,2 qram marixuana götürülüb.

İnək oğruları yaxalandılar

14 İyul 2017 14:43

Salyan rayonunda iribaşlı heyvanlara qənim kəsilən şəxslər zərəsizləşdirlib. DİN-dən “Olaylar”a verilən məlumata görə, 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. Araşdırma zamanı onların  Salyan rayonunun Yenikənd kənd sakinləri Rabil Dadaşov və Anar Dadaşov olduğu müəyyən edilib. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların Tural Nəhmətova və Valeh Ağayevə məxsus həyətyanı sahələrdən 2 baş inək oğurladıqları məlum olub. 

Ruslar Ermənistana daxili pasportla gedəcəklər

14 İyul 2017 14:41

Rusiya vətəndaşları daxili pasportla Ermənistana səfər edə biləcəklər.Bunu Rusiya Xarici  İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün Moskvada keçirdiyi brifinqdə deyib. 

291 431 nəfər müayunədən keçib

14 İyul 2017 14:39

Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin iyun ayının sonuna qədər müayinədən 291 431 nəfər keçib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, 1 iyun 2015-ci il - 30 iyun 2017-cı il tarixində müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən olunub.

Vitolo: "Hərəkətimə görə heç kim məni məzəmmət edə bilməz"

14 İyul 2017 14:34

İyulun 10-u "Sevilla" ilə müqaviləsini yeniləyən 1 gün sonra isə transfer hüquqlarını satın alıb "Atletico Madrid"ə keçən Vitolo açıqlama verib.   Madrid klubuna qoyulan transfer qadağası səbəbindən mövsümün ilk yarısını "Las Palmas"da keçirəcək 27 yaşlı havbek bunları deyib: "Deyiləcək nəsə yoxdur.