"Real Madrid" transfer mövqeyini dəyişdi

Son La Liga və Çempionlar Liqası çempionu "Real Madrid" Dani Sebalyosu transfer edib. Madrid klubu bu transfer üçün "Real Betis"ə 16.5 milyon avro ödəyəcək. 6 illik müqavilə imzalayan 20 yaşlı oyunçu bir çoxları tərəfindən Luka Modriçin davamçısı kimi tanınır. Sebalyos son U-21 Avropa Çempionatında ən yaxşı oyunçu seçilib. Madrid klubu daha öncə də "Atletiko Madrid"in 19 yaşındakı fransız sol cinah müdafiəçisi Teo Hernandezi öz heyətinə qatıb.

Qeyd edək ki, transfer mövqeyini dəyişən "Real Madrid"  ulduzları yox, gələcəyin ulduzları ola biləcək oyunçuları öz heyətinə qatmağa başlayıb. Milli.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31