İnək oğruları yaxalandılar
Salyan rayonunda iribaşlı heyvanlara qənim kəsilən şəxslər zərəsizləşdirlib. DİN-dən “Olaylar”a verilən məlumata görə, 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. Araşdırma zamanı onların Salyan rayonunun Yenikənd kənd sakinləri Rabil Dadaşov və Anar Dadaşov olduğu müəyyən edilib. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların Tural Nəhmətova və Valeh Ağayevə məxsus həyətyanı sahələrdən 2 baş inək oğurladıqları məlum olub.
14 İyul 2017 14:43 KriminalSalyan rayonunda iribaşlı heyvanlara qənim kəsilən şəxslər zərəsizləşdirlib. DİN-dən "Olaylar"a verilən məlumata görə, 2 baş inək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb. Araşdırma zamanı onların Salyan rayonunun Yenikənd kənd sakinləri Rabil Dadaşov və Anar Dadaşov olduğu müəyyən edilib. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində onların Tural Nəhmətova və Valeh Ağayevə məxsus həyətyanı sahələrdən 2 baş inək oğurladıqları məlum olub.