Gündəm

Rusiya qoşunları daha 50 il Suriyada qalacaq

14 İyul 2017 14:24

Rusiya Dövlət Duması HavaKosmik Qüvvələrinin Suriyada yerləşdirilməsi haqqında müqaviləni ratifikasiya edib. Sənəd bu ilin yanvarında Dəməşqdə Rusiya ilə Suriya arasında imzalanıb. 

Putin İKİ VARİANT qarşısında: müharibə, yoxsa...

14 İyul 2017 14:21

“Rusiya prezidenti Vladimir Putin prezident seçkiləri ərəfəsində seçicilərə növbəti “böyük qələbə”ni təqdim etmək istəyir. Lakin Putin anlayır ki, reytinqin qaldırılması üsulu kimi yeni hərbi macəra özünü bitirib”. Bunu “Obozrevatel” nəşri üçün məqaləsində Rusiya politoloqu Dmitri Oreşkin bildirib. “Putin seçiciləri hansısa yolla təəccübləndirməlidir. Və Rusiyada bütün daxili siyasət bunun üçün işləyir. Putində reytinqin üç sıçrantısı olub və hamısı müharibələrlə bağlıdır: çeçen, gürcü və Ukrayna. Dördüncü müharibəni etmək mümkün olmayacaq”, - politoloq qeyd edib.

“Rusiya mətbuatı 2 yaşlı körpənin ölümünə laqeyd münasibət göstərdi”

14 İyul 2017 14:14

“Füzuli rayonunun Alxanlı kəndinin işğalçı ermənilər tərəfindən atəşə tutulması nəticəsində mülki əhalinin, o cümlədən 2 yaşlı körpənin ölümü bütün dünya mətbuatında geniş müzakirə olundu. Avropa mətbuatının və təşkilatlarının bu məsələyə münasibəti xüsusi diqqət cəlb edir. Amma Rusiyanın mətbuatı və ictimai-siyasi mühiti isə tamamilə əks təəssürat yaradır”. 

"Putinin mənə dəstək verəcəyinə inanmıram"

14 İyul 2017 14:07

“Moskva ilə mükəmməl əlaqələr qurmaq istəyirəm”. Məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.  Putini “Ağ evə” dəvət edib-etməyəcəyi ilə bağlı suala Tramp cavabında deyib ki, hələlik bu dəvət üçün məqam yetişməyib: “Hazırda bu səfər üçün əlverişli zamanın olmadığını düşünürəm. Amma sualınıza cavabım, əlbəttə, “hə”dir. Bəli, dəvət edərdim”. 

Rusiyada azərbaycanlı qadın qısqanclıq zəminində uşaq öldürməkdə ittiham olunur

14 İyul 2017 14:04

Rusiyanın İvanovo vilayətində azyaşlı uşağın qaçırılması və öldürülməsi faktı ilə bağlı cinayət işi üzrə azərbaycanlı qadına qarşı ittiham iddianaməsi təsdiq edilib.  İvanovo vilayətinin sakini, 1991-ci il təvəllüdlü azərbaycanlı qadın köməksiz vəziyyətdə olan uşağın qətli maddəsi ilə cinayət törətməkdə ittiham olunur. İstintaq məlumatlarına görə, qadın 2016-cı il sentyabrın 2-də uşağın çoxmənzilli yaşayış binasının qabağında nəzarətsiz qalmasını gözləyərək, onu uşaq arabasından oğurlayıb.

Klublarımızın Avropa Liqasındakı rəqibləri MÜƏYYƏNLƏŞİR

14 İyul 2017 13:56

Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimindəki mümkün rəqiblərinin sayı azaldılıb.  "Zirə"-"Astra" (Rumıniya) cütü səpələnmişlər, "İnter"-"Fola Eş" (Lüksemburq) və "Qəbələ"-"Yagelloniya" (Polşa) cütləri əpələnməmişlər səbətində yer alıb.

Türkiyədə dövlət çevrilişinə cəhdin ildönümü ilə əlaqədar Bakıda vəhdət namazı qılınacaq

14 İyul 2017 13:55

İyulun 15-də Bakıda Heydər məscidində vəhdət namazı qılınacaq. Namazda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edəcək. Vəhdət namazı 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdin ildönümü münasibətilə qılınacaq. Müxtəlif məzhəblərə mənsub şəxslər birgə namaz qılacaq, hərbi çevrilişin qarşısının alınması zamanı həlak olanlar yad ediləcək, ruhlarına dualar oxunacaq.

Rusiya Dövlət Duması Ermənistanla birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib

14 İyul 2017 13:53

Bu gün Rusiya Dövlət Duması Ermənistanla ötən ilin noyabrın 30-da Moskvada imzalanmış birləşmiş qoşun qruplaşmasının yaradılması haqqında sazişi ratifikasiya edib. Saziş və sənədə əlavə Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatını, formalaşdırılmasını və istifadəsini müəyyən edir.

AKP sədrinin müavini FETÖ-nün fəaliyyət göstərdiyi 160 ölkəni diqqətli olmağa çağırıb

14 İyul 2017 13:40

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı hakim Ədalət və İnkişaf Partiyasının (AKPi) sədr müavini, partiya sözçüsü Mahir Ünal bir qrup xarici media mənsubu ilə görüşüb.

AKP sədrinin müavini: "Türkiyədə hərbi çevriliş cəhdi xaricdən dəstəklənib"

14 İyul 2017 13:36

"Türkiyədə hərbi çevriliş cəhdi əlbəttə ki, xaricdən dəstəklənib". Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiya sözçüsü Mahir Ünal 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşdə bildirib. 

Bakıdakı ana ölümünün dəhşətli səbəbi - Həyatını bir oğula qurban verdi...

14 İyul 2017 13:33

İyulun 12-də Respublika Perinatal Mərkəzdə ana ölümü hadisəsi baş verib. Mərkəzin direktoru, Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova bildirib ki, iyulun 10-da Şamaxı rayon sakini 34 yaşlı Bəkirova Kəmalə rayon mərkəzi xəstəxanasının göndərişi ilə Respublika Perinatal Mərkəzə daxil olub.

Tuba Büyüküstün sevgilisinə vəkillərlə ismarıc yollayır

14 İyul 2017 13:32

Aktrisa Tuba Büyüküstün həbsdəki sevgilisi Umut Evirgeni bir an olsun belə tək qoymur. Gecə klubu sahibi olan Umut Tuba ilə şəklini çəkən jurnalistin fotoaparatını silahla hədələyərək əlindən almışdı. Nəticədə müxbir Evirgendən şikayətçi olmuş və o, tutularaq həbsə salınmışdı. İş adamının iyulun 17-də hakim qarşısına çıxacağı gözlənilir. Bu müddətdə isə Büyüküstün sevgilisinə dəstək olub. O, Umutun vəkilləri ilə tez-tez görüşərək məlumatlar alır, ona ismarıclar yollayır.

Torpaq idarəçiliyinə problem yaranıb

14 İyul 2017 13:22

Ölkədə torpaq islahatının ikinci mərhələsinin başa çatdırılmaması bu sahənin idarə olunmasında müəyyən çətinliklər yaradıb. Xüsusən, bir sıra inzibati-ərazi dairələri üzrə sərhədlərin dəqiqləşdirilməməsi torpaq bazırının yaranmasına mənfi təsir göstərib. Məhz bu kimi halların nəticəsidir ki, torpaq hərracı zamanı bəzi bələdiyyələr nəinki qonşu ərazilərə, hətta dövlət torpağına dair qanunsuz qərar verir.

Sürətli iqtisadi inkişaf başlıca hədəfimizdir

14 İyul 2017 13:20

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi. İclasda istər dövlət başçısının, istərsə də müvafiq nazirlik və komitə rəhbərlərinin çıxışından belə məlum oldu ki, cari ilin birinci yarım ili də ölkəmiz üçün iqtisadi baxımdan səmərəli olub və qarşıya qoyulan hədəflər reallaşıb.  Cari ilin birinci yarım ilinin sosial-iqtisadi inkişafı və əldə edilən nəticələr onu deməyə əsas verir ki, ümumilikdə 2017-ci ili uğurla başa vuracağıq. Elə əksər iqtisadçılar da bu qənaətdədir.

“Azərbaycan prezidentinin ismarıclarının əsas hədəfi....”

14 İyul 2017 13:18

Dağlıq Qarabağ problemi ətrafında hələ də qeyri-müəyyənlik davam edir. Bir tərəfdən ATƏT-in Minsk qrupu problemin həlli istiqamətində danışıqlar prosesini bərpa etməyə çalışır, digər tərəfdən isə Ermənistan yenə də öz ərköyünlüyü ilə bu prosesə zərbə vurmaq, danışıqlar prosesini əngəlləmək siyasəti həyata keçirir. Hər halda müntəzəm olaraq cəbhə xəttində Ermənistanın həyata keçirdiyi təxribatlar, ən son iyulun 4-də yaşanan olaylar, eləcə də qondarma rejimdə nəzərdə tutulan “prezident seçkiləri” belə deməyə əsas verir.