Gündəm
“Neft Daşları”nda yeni quyu istismara verilmişdir
“Neft Daşları” yatağındakı 1954A saylı estakadayanı meydançadan 2690 nömrəli quyu qazmadan sonra istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul vermiş, 1210-1205 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Yeni yerüstü piyada keçidi inşa olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi tövsiyə və tapşırıqlarına əsasən “Azəravtoyol” ASC kompleks tədbirləri davam etdirir. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda (Bakı-Sumqayıt yolu) daha 2 metal konsturiksiyalı yerüstü piyada keçidlərinin inşası yekunlaşıb. Söhbət yolun Masazır qəsəbəsindən keçən 13.7-ci və Ceyranbatan qəsəbəsindən keçən 27-ci km-lik hissələrindəki keçidlərdən gedir.
Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü Emine Bozkurtla görüşüb.
Kremldən İrəvana BÖYÜK ZƏRBƏ: Ermənistanı qorxuya salan Qarabağ PLANI
“Kreml Qarabağ üçün yeni ssenari hazırlayır və bu ssenaridə Bakını qazanmaq üçün ərazilərin Azərbaycana qaytarılması öz əksini tapır”. Bu barədə erməni jurnalist Ramella Mnasakanyan deyib.
Süni qidalar uşaqların ölüm riskini artırır
Azərbaycanda uşaqların yarıdan çoxu süni qidalarla böyüyürlər. Rəsmi statistikaya görə, ölkənin regionlarında bu göstərici bir qədər çoxdur. Regionlarda 55% yaxın uşaq süni südlə qidalanır, şəhər yerlərində isə bu göstərici 48%-dir. Mütəxəssilərin qənaətinə görə, müxtəlif süni qidalarla bəslənən uşaqlar arasında xəstələnmək və ölüm faizi ana südü ilə qidalananlarla müqayisədə daha yüksəkdir.
"Barselona" Bellerini yox, bu oyunçunu seçdi
"Barselona" Nelson Samedonun transferi barəsində klubu "Benfika" ilə razılığa gəldiyi barəsində məlumat yayıb. Müayinədən keçən Samedo 5 illik müqaviləyə imza atacaq. İspaniya mətbuatı "Benfika"ya 30 milyon avro + 5 milyon avro bonus ödənəcəyi barədə məlumat yayıb.
Rusiya XİN-in internet resursları haker hücumuna məruz qalıb
Rusiya Xarici İşlər Nazirliyinin elektron poçtu güclü haker hücumuna məruz qalıb. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Rusiya XİN: Diplomatların ölkədən çıxarılması ilə bağlı Vaşinqtona cavab verməyə hazırıq
"Moskva Vaşinqtona diplomatik əmlakın və diplomatların ölkədən çıxarılması məsələsi ilə bağlı cavab verməyə hazırdır". Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Vulkan yamaclarında meşələr alışdı, nəhəng quru kəllə yarandı - VİDEO
İtaliyada güclü meşə yanğınları davam edir. Məşhur Vezuvi vulkanının ətəkləri də alışıb yandığından minlərlə yerli sakin və turist bölgədən təlxiyyə olunub. Vezuvi vulkanının ətəklərindəki yanğından ucalan tüstü buludları Neapolda belə, görünür. İtalyanlar ilk əvvəl bu tüstünü görəndə vulkanın püskürməyə başladığını düşünüblər. Lakin sonradan bəlli olub ki, havaların həddən artıq isti keçməyi nəticəsində vulkanın yamaclarındakı meşələrdə yanğınlar başlanıb.
"Terrorçuluqla mübarizədə Azərbaycan da bizə dəstək olub"
"İraq ərazisində demək olar ki, İŞİD terrorçuları qalmayıb". Bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fədhil Avad Cebur əl-Şuvayli Mosulun İŞİD qruplaşmasından azad olunması ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.
İsti hava meteohəssas insanlarda narahatlıq yaradacaq
İyulun 15-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 19-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 19-21° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 45-50% olacaq.
Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başlayır
İyulun 17-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbuluna başlanacaq. Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Nazirlikdə keçirilən mətbuat konfransında məlumat verib.
Mediaya şad xəbər: 3-cü bina
Mənzil veriləcək jurnalistlərin namizədliyinin müəyyən olunması zamanı biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlik bizə hər bir jurnalist haqqında arayış verdi. Həmin arayış bizim işimizə çox yaradı. Məlum oldu ki, bir qrup jurnalistin hesabında bir manat vəsait yoxdur.
Qəbələdə RÜSVAYÇILIQ: Cinsi əlaqə videosunu yayacağını deyərək 9 min dollar aldı
Hədə-qorxu yoluyla pul tələb etməkdə və digər ağır cinayətlərdə ittiham olunan Lerik rayon sakini, 1989-cu il təvəllüdlü Alqış Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Alqış Həsənov zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsilə onun xeyli miqdarda əmlakını əldə etmək qərarına gəlib.
Ölkə iqtisadiyyatı dinamik inkişaf edir
2014-cü ildən başlayaraq dünya iqtisadiyyatını təhdid edən böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatı öz inkişaf tempini davam etdirir. Zamanında atılmış məqsədyönlü addımlar nəticəsində bu riskləri özündən uzaqlaşdırmağa müvəffəq olan ölkəmiz qarşısına qoyduğu hədəflərə də mərhələ-mərhələ çatmaqdadır. Bu əminlik Nazirlər Kabinetinin cari ilin birinci yarım ilinin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında da bir daha təsdiqini tapdı. Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının çıxışından məlum oldu ki, ilin ilk altı ayı Azərbaycan üçün uğurlu olub, qarşıya qoyulan hədəflər, məqsədlər reallaşıb. Bəs görəsən ilin sonuna Azərbaycanı nə gözləyir və ilk altı ayda əldə edilən uğurlar ümumilikdə 2017-ci ilin iqtisadi inkişafla başa çatmasını şərtləndirəcəkmi? Bu və ya digər suallarla millət vəkili Azər Badamova müraciət etdik.














