Gündəm

Ana ölümü ilə bağlı açıqlama

14 İyul 2017 12:19

Sumqayıt şəhər Səhiyyə İdarəsi şəhərdəki 2 saylı Doğum Evində baş verən ana ölümü ilə bağlı məsələyə münasibət bildirib.

Zəhra diaspora təşkilatlarını bir araya gətirdi

14 İyul 2017 12:18

Uzun müddət idi ki, dünya azərbaycanlılarının “çəkici bir zindana vurmq” arzusunun reallaşması həsrətində idik. Nəhayət Azərbaycan müstəqillik əldə etdikdən, xüsusən ümumilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra xaricdə yaşayan soydaşlarımızın bir araya gələrək Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əməli addımlar atıldı.

İŞİD Ukrayna-Rusiya sərhədlərində: Yeni DÖYÜŞ MEYDANI – VİDEO

14 İyul 2017 12:15

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Xarkov şəhərində İŞİD terror qruplaşmasının iki üzvünü saxlayıb. Hadisə “Karvan” ticarət mərkəzinin avtodayanacağında dünən saat 19:30 radələrində baş verib. Hadisə şahidləri deyirlər ki, mülki geyimdə olan iki vətəndaş biri qeyri-slavyan görünüşünə malik iki nəfərə yaxınlaşaraq onlardan uzanmağı tələb edib.

Deputat: "Məmurlar xalqın ağası deyil, qulluqçusudur"

14 İyul 2017 12:07

“Azərbaycan prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət məmurlarının və onların ailə üzvlərinin davranış normaları ilə bağlı məsələyə toxunması çox vacib və lazımlı idi. Hər kəs ölkə başçısının söylədiklərindən nəticə çıxarmalıdır”. Bunu  Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Ekspert: “Biz "buzu sındırmağı" bacarmışıq”

14 İyul 2017 12:05

“Son vaxtlar məndə belə təəssürat yaranıb ki, bəzi ölkələr, hansılar ki, Azərbaycanın uğurlarından bərk narahatçılıq keçirirlər, onların əsas iş-güclərindən biri də Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasıdır. Çünki, onlar son illər ölkəmizdə gedən xeyli sayda inkişafı və irəliləyişi görüb, sanki bir qısqanclıq, paxıllıq hissi yaşayırlar. Məhz ona görə də, onlar Qarabağ məsələsində həm tələsmirlər, həm də bu münaqişənin uzanmasına bəzi səylər göstərirlər. Bəli, mən də hesab edirəm ki, əgər bu süni yaradılmış münaqişə olmasaydı, indi biz bəlkə də dünyanın ən inkişaf etmiş nöqtələrindən biri olardıq. Ola bilsin ki, mənim bu fikirlərim kimlərəsə bir qədər pafoslu görünsün, amma düşünrəm ki, məhz Dağlıq Qarabağ münaqişəsi bizə bir çox işlərimizdə kifayət qədər maddi və mənəvi zərər vurdu”. Bunu müstəqil hərbi ekspert Üzeyir Cəfərov deyib.

Politoloq: “Ermənistan faşizmin müasir dövrdə olan ölkəsidir"

14 İyul 2017 12:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı xüsusi ilə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqların predimenti olmayıb və heç bir zaman da olmaycaq. Bu sözlər birdaha onu göstərir ki, Azərbaycan dövləti və Azərbaycan xalqı heç bir zaman imkan verməz ki, onun ərazi bütövlüyü pozulsun və Azərbaycanın tarixi torpağı olan və dünyanın bütün beynəlxalq təşkilatlarının və dövlətlərinin Azərbaycanın ərazisi olaraq tanıdığı və təsdiq elədiyi Dağlıq Qarabağ və ətraf rayonlar hansısa bir işğalçı dövlətin ərazsi olsun ya da qondarma bir dövlət halında dünyaya təqdim edilsin”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Aprel döyüşündə Şoyqu mənə zəng edib dedi ki... - General

14 İyul 2017 12:01

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov RİA Novosti agentliyinə müsahibə verib. Qeyd edək ki, bu, Həsənovun nazir postunda xarici mətbuata verdiyi ilk geniş müsahibəsidir. 

Hansı maşınlar təcili texniki baxışdan keçməlidir?

14 İyul 2017 11:55

"Rusiya və başqa MDB dövlətləri istisna olmaqla xarici ölkələrdə (Almaniya, Yaponiya, Koreya, ABŞ, Fransa, İran, Çin və s) istehsal olunan minik avtomobillərinin, onların qoşqularının və motosikletlərin illik texniki baxış müddətinin bitməsinə cəmi 17 gün qaldı".

Anar Ələkbərov: "Harada baş verməsindən asılı olmayaraq, terrorizm bəşəriyyətə qarşı bir cinayətdir"

14 İyul 2017 11:53

"Harada baş verməsindən asılı olmayaraq, terrorizm bütövlükdə bəşəriyyətə qarşı bir cinayətdir". Bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Kann şəhərində keçirilən Azərbaycan mədəniyyəti günlərinin rəsmi açılışı mərasimində bildirib.

Biz niyə balıq əti yemirik?

14 İyul 2017 11:49

“Radiodan iki gün öncə dinlədim ki, Azərbaycan əhalisi qonşu ölkələrə nisbətdə daha az balıq yeyir və daha az üzgüçülük vərdişlərinə yiyələnir. Həqiqətən də müşahidələrimiz, həyat təcrübəmiz göstərir ki, bizdə qoyun-quzu, dana ətinə təlabat daha çoxdur və balıq məhsullarına ən azı Türkiyədəki qədər həvəslilik yoxdur”.

Dini radikalizmə qarşı mübarizə məsələləri müzakirə edilib

14 İyul 2017 11:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Siyəzən rayonu Sədan kəndində  “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” adlı seminar-treninq keçirilib. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Balabəy Balabəyov və kənd ictimaiyyəti iştirak ediblər.

“Azərsu”dan xəbərdarlıq

14 İyul 2017 11:47

İyulun 14-də gün ərzində Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsinə suyun verilişində fasilə olacaq. Bu barədə məlumat “OLAYLAR”-a "Azərsu" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, buna səbəb Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yağış sularının kənarlaşdırılması üçün kollektorun tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yerinin dəyişdirilməsidir.

Miqrasiya Xidməti səyyar xidmət təşkil edib

14 İyul 2017 11:45

Dövlət Miqrasiya Xidməti Xaçmaz regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Qusarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər üçün səyyar xidmət təşkil edib. “OLAYLAR”-ın Xidmətə istinadən verdiyi xəbərə görə,  rayonun Gənclər Mərkəzində təşkil edilmiş səyyar xidmətin imkanlarından müraciət edən 48 şəxs  istifadə edib.

Yerevan Qarabağ danışıqlarına növbəti zərbə vuracaq

14 İyul 2017 11:35

“Ermənistanla hazırda çox ciddi şəkildə müharibə şəraitindəyik. Hər hansı bir ölkə vətəndaşı olan ermənilərin ölkəmizə gəlişi də yasaqlanıb və buna çox ciddi şəkildə nəzarət edilir”.