Gündəm

Cəbhədə gərginlik səngimir

14 İyul 2017 11:34

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (4 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 120 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, İcevan rayonunun Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair Dövlət Proqramı təsdiq edildi

14 İyul 2017 11:30

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Səfir: ÜAK-ın qeydiyyat məsələsinin həlli üçün işlər görüləcək

14 İyul 2017 11:28

Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) ilə bağlı problemin Rusiyanın siyasəti ilə heç bir bağlılığı yoxdur.  Bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. V.Doroxin qeyd edib ki, Konqresin hüquqi dəstəyini təmin etməli olan şəxslər bu işin öhdəsindən gəlməyiblər. 

Ankara S-400-lər üçün Rusiyaya bu qədər ödəyəcək

14 İyul 2017 11:24

Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub.  4 S-400 batereyası üçün 2,5 milyard dollar ödəniləcək. Sonradan daha 2 batareyanın Türkiyəyə çatdırılması planlaşdırılır. Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.

Kamçatkada vulkanın ətəklərində ZƏLZƏLƏ oldu

14 İyul 2017 11:18

Kamçatkada zəlzələ baş verib. Yeraltı təkanların gücü 5 bal olub. Zəlzələnin episentrinin Klyuçevskaya vulkanı ətəklərində 180 km dərinlikdə qeydə alındığı bildirilib. Fövqəladə Xidmət yeraltı təkanların Klyuçi Ust-Kamçatka yaşayış rayonunda da hiss edildiyini bildirib. Zəlzələ nəticəsində dağıntılar və təlafat barədə məlumat verilməyib.

Uşaqların ad günü mərasimində faciə - Meksikada

14 İyul 2017 11:16

Meksikanın Tizayuca şəhərində maskalı şəxs silahla uşaqların ad günü mərasiminin keçirildiyi məkana hücum edib. Silahlı şəxs ətrafa atəş açaraq 11 nəfəri öldürüb. Hadisə yerinə gələn polislərin dediyinə görə, çadırda təşkil olunan mərasimdə iştirak edən 3 uşaq sağ qalsa da, valideynləri həlak olub.

Vüqar Səfərli: "Mənzil veriləcək jurnalistlərin adı... "

14 İyul 2017 11:14

Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq. Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

Yayın qalan günləri necə keçəcək? - Coğrafiya İnstitutundan PROQNOZ

14 İyul 2017 11:11

Azərbaycanda bu il qızmar istilərin olacağı, yəni 40 dərəcə və ona yaxın temperaturun davamlı olaraq müşahidə ediləcəyi gözlənilmir. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Mübariz Həmidov İsrailli həmkarı ilə görüşüb

14 İyul 2017 10:59

ADGTT-nın direktoru Əməkdar incəsənət xadimi, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov İsrailli həmkarı – İsrail Gənc Tamaşaçılar Teatrının direktoru və aktyoru Şaul Tiktinerlə görüşüb. Teatrdan “Olaylar” –a bildirilib ki, işgüzar və yaradıcı şəraitdə keçən görüşdə Azərbaycan-İsrail Teatr əlaqələri və iki teatr truppasının iştirakı ilə yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılmış, sonda İsrail Gənc Tamaşaçılar Teatrının yeni mövsümdə Azərbaycana səfər edərək Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşalar nümayiş etdirilməsi barədə razılıq əldə olunmuşdur.

Qüdsdə silahlı hücum

14 İyul 2017 09:59

Səhər saatlarında Qüdsdə yerləşən El Əqsa Məscidinin yaxınlığında  üç fələstinli ətrafa ard – arda  atəş açıblar. Atəş zamanı  üç İsrail vətəndaşı yaralanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki,  yaralılardan ikisinin vəziyyəti ağırdı. Fələstinli təcavüzkarlar İsrail polisi tərəfindən zərərsizləşdirilib.

Ana doğuşdan sonra dünyasını dəyişdi

14 İyul 2017 09:46

Sumqayıtda ana xəstəxanada doğuşdan sonra dünyasını dəyişib. Hadisə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Məmmədova Gülsüm Ramil qızı körpəni dünyaya gətirdikdən sonra dünyasını dəyişib. Mərhumun yaxınları onun ölümünü həkim səhlənkarlığı ilə əlaqələndirirlər.

Sabiq prezidenti və xanımı həbsə alınır

14 İyul 2017 09:44

Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar. Məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının  cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.

Tehran televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq

13 İyul 2017 20:19

Tehranda fəaliyyət göstərən “Səhər” dövlət televiziyasında aşıq sənətinə həsr olunmuş veriliş yayımlanacaq. İran Aşıqlar Birliyinin sədri, ustad aşıq Səlcuq Şahbazinin aparıcılığı ilə yayımlanacaq bu verilişin efir vaxtı təxminən bir saata yaxındır və həftədə bir dəfə efirə çıxacaq. İran Aşıqlar Birliyindən "Olaylar" -a bildirilib ki, gələcəkdə verilişin həftədə iki dəfə yayımlanması, habelə aşıqların ifasında dastanların səsləndiriləcəyi digər bir verilişin də açılması nəzərdə tutulur. İranda hazırda 3 min nəfərdən çox aşıq var və bunlar sazın əsas beşiklərindən olan Təbrizlə yanaşı, İranın Həmədan, Xorasan, Qum, Şiraz, Savə, Tehran, Qaşqay, Kərəc, Zəncan, Miyana, Xoy, Urmiyə, Miyandab, Xalxal, Parsabad, Meşkin, Mərənd, Sahəndva və Heştəri vilayətlərində fəaliyyət göstərirlər. Bu bölgələrin hər birində aşıqlar özünəməxsusluğu ilə fərqlənirlər.

İlk kosmik teleportasiya həyata keçirilib

13 İyul 2017 20:05

Çinin Şanxay Universitetinin fiziklər qrupu tarixdə ilk dəfə kosmik kvant teleportasiyasını həyata keçirib. Alimlər “Mozi” peykindən Yerə hissəciyin vəziyyəti barədə informasiyanı uğurla ötürüblər.