Ankara S-400-lər üçün Rusiyaya bu qədər ödəyəcək

Türkiyənin S-400 zenit-raket kompleksləri üçün Rusiyaya ödəcəyi pulun məbləği bəlli olub.  4 S-400 batereyası üçün 2,5 milyard dollar ödəniləcək. Sonradan daha 2 batareyanın Türkiyəyə çatdırılması planlaşdırılır. Türkiyə ilk dəfə S-400 raket kompleksləri ilə 2009-cu ildə maraqlanıb.

Ankarada 2015-ci ilin sonunda bildirdilər ki, Fransa və İtaliyanın birgə istehsalı olan SAMP-T zenit-raket kompleksi almaq niyyətindədir. Ancaq S-400-ün analoqu olduğu deyilən kompleksin alınması barədə razılaşma əldə etmək mümkün olmayıb. Publika.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31