Sabiq prezidenti və xanımı həbsə alınır
Perunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar. Məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.
14 İyul 2017 09:44 DünyaPerunun sabiq prezidenti Olyanta Umala və xanımı Nadin Erediya haqqında məhkəmə 18 aylıq həbs qətimkan qərarı çıxarıb və onlar həbsə alınıblar. Məhkəmə həbs qərarını qəbul etdikdən dərhal sonra onlar polisin müşayiəti ilə könüllü olaraq məntəqəyə gəliblər. Sabiq prezident və xanımının cəzalarını harada çəkəcəkləri hələ məlum deyil.
Sabiq Peru prezidenti hakimiyyətdə olarkən 2006 və 2011-ci illərdə Peru Milli Partiyasının seçkiqabağı kampaniya zamanı maliyyələşmə üçün "Odebrecht" tikinti şirkətindən, "OAS" firmasından, eləcə də Venesuela hakimiyyətindən pul almaqda ittiham olunur.