Gündəm

Alimlər cizgi filmini DNT-yə yazmağa müvəffəq olublar

13 İyul 2017 19:56

Alimlər qısametrajlı cizgi filmini bakteriyanın DNT-nə (dezoksiribinuklein turşusu) yazmağa və bundan sonra genomun sekvensiyasının köməyilə onu 90% dəqiqliklə bərpa etməyə müvəffəq olublar. Beləliklə, alimlər  nümayiş etdiriblər ki, DNT-də yalnız genetik deyil, həm də istənilən başqa informasiyanı yadda saxlamaq mümkündür.

Dünya mikroelektronika bazarının həcmi 400 milyard dolları ötəcək

13 İyul 2017 19:50

“Gartner” analitik şirkəti 2017-ci ildə dünyada mikroelektronika komponentlərinin satış həcminin 400 milyard dolları üstələyərək 401,4 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Bu, ötən ilin göstəricisindən 16,8 faiz çoxdur. Bazarda 300 milyard dollarlıq satış həcmi 2010-cu ildə, 200 milyard dollarlıq 2000-ci ildə qeydə alınıb.

Şantajçı virus “Android” smartfonlarını təhdid edir

13 İyul 2017 19:45

“McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş “Petya” troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrləmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.

Xanımlar, arıqlamaq istəyirsinizsə gülümsəyin!

13 İyul 2017 19:40

İngiltərəli mütəxəssislər maraqlı fikirlə çıxış ediblər. Belə ki, "dumanlı albiom" mətbuatının verdiyi məlumata görə, onlar artıq çəkidən əziyyət çəkən şəxslərə, xüsusilə xanımlara gülməyi məsləhət görürlər. Sən demə, yaxşı əhval, incikliyin olmaması, ürəkdən gülmək arıqlamağa kömək edir. Araşdırma göstərib ki, gün ərzində 16-20 dəfə ürəkdən gülən qadınlar artıq çəkidən daha asanlıqla qurtulurlar.

Alimlərdən məsləhət: Siqaret çəkənlər çoxlu yerkökü yeməlidir

13 İyul 2017 19:35

Siqaret çəkənlər çoxlu yerkökü yeməlidirlər. Yerkökünün hətta ən qatı siqaret çəkənlərin ağciyərinin fəaliyyətini yaxşılaşdırdığını aydınlaşdıran britaniyalı alimlər belə qənaətə gəliblər.

Nikbin insanlar hansı xəbərləri eşitmirlər?

13 İyul 2017 19:30

London Universitet Kollecində aparılmış tədqiqat zamanı bəzi insanların xəbərlərdəki mənfi məqamları ümumiyyətlə, qulaqardına vurduqları məlum olub. İnsanların 70 faizi nikbindir: hətta bu şəxslər arasında çoxları nikbin olmadıqlarını desələr də, onlar gələcəyin daha yaxşı olacağını düşünürlər.

Oturaq işdə çalışan insanlar 10 il tez qocalırlar

13 İyul 2017 19:26

İnsanların iş saatlarını bütünlüklə oturaq vəziyyətdə keçirdikləri ofislərin sayı getdikcə artmaqdadır. Oturaq vəziyyət müxtəlif xəstəliklərə yol açır. Belə ki, oturaq işdə çalışan insanlar hərəkətli insanlara nisbətən orta hesabla 10 il tez qocalırlar. O da sübuta yetirilmişdir ki, davamlı oturaq həyat tərzi artıq çəkiyə və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Hərəkətsiz həyat tərzi orqanizmin müxtəlif sistemlərində pozulmalara səbəb olur. Bəzi orqanlar isə xəstəliklərə daha çox meyllidir.

Övlad sahibi olan kişilərdə ürək xəstəlikləri riski azdır

13 İyul 2017 19:21

Uşaq sahibi olan kişilərdə ürək xəstəliklərinə yaxalanma riski azdır. Övladı olan kişilərin ürək xəstəliklərindən ölmək riski aşağıdır. ABŞ-da aparılan araşdırmanın nəticələri belə deməyə əsas verir. 138 min kişinin törəmə və ölüm səviyyəsi üzərində aparılan araşdırmada ata olan kişilərin olmayanlara nisbətən ürəklə bağlı xəstəliklərə yaxalanmaq riskinin daha aşağı olduğu üzə çıxıb. Ölüm səviyyəsində fərq olmasa da, xəstəlik riski bu zaman 17 faiz azalmış olur.

Kağız dəsmallar təhlükəli bakteriyalarla doludur!

13 İyul 2017 19:15

Laval Universitetinin alimlərinə görə, ictimai tualetlərə qoyulan kağız dəsmallar sağlamlıq üçün ciddi təhlükə mənbəyidir. Onlar hələ istifadə olunmamış dəsmallarda müxtəlif xəstəliklər törədən bakteriyalar aşkar ediblər. Bu isə o deməkdir ki, patogenlər insanın əlinə yuyulduqdan sonra da düşə bilər. Yolu xəstəxanaya düşən zəif immunitetli insanlar daha çox təhlükədədirlər.

Fransızlar açıqladı: Mobil telefon üzdəki qırışları artırır

13 İyul 2017 19:10

"Le Monde" nəşri yazır ki, Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çatıb.

Övladlığa götürdüyü uşaqların vətənində xəstəxana açdı

13 İyul 2017 19:05

Madonna övladlığa götürdüyü dörd uşağın doğulduğu Malavidə uşaq xəstəxanası açıb. 58 yaşlı müğənni 50 yataqlıq xəstəxananın açılışını 11 yaşlı malavili qızı Mersi Ceymslə birgə edib. Qızının adı verilən "Pediatrik cərrahiyə və reanimasiya İnstitu"nun qarşısında tədbir də keçirilib. Madonna qızına sarılaraq oan sevgisini nümayiş etdirib.

Gökhan İnler İstanbul klubunda

13 İyul 2017 19:00

"Beşiktaş"dan ayrılan Gökhan İnlerin yeni komandası məlum olub. 33 yaşlı yarımmüdafiəçi "Başakşehir"də çıxış edəcək. İstanbul klubunun onunla 3 illik müqavilə imzalayacağı bildirilir.

İŞİD tərəfdarları Azərbaycana buraxılmır

13 İyul 2017 19:00

İyulun 7-də “Türk Hava Yolları”nın saat 01:35 reysi ilə İstanbuldan Bakıya vətəndaş nikahında olan Yevgeni Koçaari (1990-cl il təvəllüdlü) və Svetlana Uxanova (1993) ailə cütlüyü və onların uşaqları – Yelizaveta Uxanova (2011) və Əminə Koçaari (2016) deportasiya olunmalı idi. Onların hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Virtualaz.org-un mənbələrinin bildirdiyinə görə, Svetlana və Yevgeninin İŞİD terror qruplaşması ilə əlaqələri var və ola bilsin ki, onlar Türkiyə vasitəsilə Suriya ərazisinə keçmək istəyiblər.

İtaliyada yanğınlar - Ölənlər var, turistlər təxliyə edildi

13 İyul 2017 18:56

İtaliyanın cənubunda şiddətli yanğınlar qeydə alınıb. Hazırda yanğınlar 4 vilayətdə, eləcə də Sicilia və Sardiniya adalarında davam edir. Son sutka ərzində yanğınlar nəticəsində 2 nəfərin həlak olduğu barədə məlumat verilib. 

Uşaqlarını marketə göndərib, arvadını öldürdü

13 İyul 2017 18:55

Türkiyədə qətl hadisəsi törədilib.  Kayseri şəhərində ər arvadını öldürüb. O, uşaqlarını marketə göndərdikdən sonra həyat yoldaşını iki yerindən bıçaqlayıb, sonra da tüfənglə güllələyib. 13 illik xanımı, 2 uşağının anası Meral Polatı öldürən 35 yaşlı Abdurrahim Polat cinayəti törətdikdən sonra qaçmaq istəsə də, polislər tərəfindən tutulub. Məsələ ilə bağlı cinayət işi açılıb. Araşdırma davam etdirilir.