Fransızlar açıqladı: Mobil telefon üzdəki qırışları artırır

"Le Monde" nəşri yazır ki, Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çatıb.

"Le Monde" nəşri yazır ki, Paris Universitetində mobil telefonların qadın orqanizminə təsiri ilə bağlı araşdırmalar başa çatıb. Məlum olub ki, smartfonlarının ekranlarında informasiyanın oxunmasına çox vaxt ayıran qadınlarda vaxtından əvvəl qırışlar yaranır.
Professor Jan-Lui Sebonun sözlərinə görə, baxışların uzun müddət mobil telefonun kiçik displeyində cəmlənməsi qadınları qaşları çatmağa vadar edir və bunun nəticəsində qaşlar arasında dəri qatları yaranır. Əzələlər bu vəziyyəti "yadda saxlayır və kosmetoloqların "kədər qırışı" dedikləri qırış gün keçdikcə daha da böyüyür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31