Nikbin insanlar hansı xəbərləri eşitmirlər?
London Universitet Kollecində aparılmış tədqiqat zamanı bəzi insanların xəbərlərdəki mənfi məqamları ümumiyyətlə, qulaqardına vurduqları məlum olub. İnsanların 70 faizi nikbindir: hətta bu şəxslər arasında çoxları nikbin olmadıqlarını desələr də, onlar gələcəyin daha yaxşı olacağını düşünürlər.
13 İyul 2017 19:30 DünyaLondon Universitet Kollecində aparılmış tədqiqat zamanı bəzi insanların xəbərlərdəki mənfi məqamları ümumiyyətlə, qulaqardına vurduqları məlum olub. İnsanların 70 faizi nikbindir: hətta bu şəxslər arasında çoxları nikbin olmadıqlarını desələr də, onlar gələcəyin daha yaxşı olacağını düşünürlər.
Alimlər 14 könüllünün cəlb olunduğu sınaq zamanı əvvəlcə onların nikbinlik səviyyəsi və beyinlərinin vəziyyətini araşdırıblar. Daha sonra isə onlardan 80 pis hadisənin, o cümlədən, ölümcül xəstəlik və ya boşanma kimi olayların baş vermə ehtimalını soruşublar. Eksperiment iştirakçıları hadisələrin bu məcrada inkişafının real şansları barədə danışıblar. Məlum olub ki, nikbinlərin dəyərləndirilməsi gerçəklikdən çox asılıdır.