Gündəm
"Borussiya"dan "Bayer"ə
Almaniyanın "Bayer" klubu heyətinə yeni oyunçu cəlb edib. Lekerkuzen təmsilçisi Dortmund "Borussiya"sının futbolçusu Sven Benderi transfer edib. 28 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
"Böyük xəbərə hazır olun" - İbra
İsveç yığmasının əfsanəvi futbolçusu Zlatan İbrahimoviçin karyerasını harda davam etdirəcəyi hələ də bəlli deyil. 36 yaşlı hücumçu tezliklə yeni klubunun adının müəyyənləşəcəyini bildirib. Belə ki, uzunmüddətli sıradan çıxdığı üçün "Mançester Yunayted"lə yeni müqavilə imzalamayan və azad agent statusu daşıyan İbra gələcək taleyi ilə bağlı verilən sualı qısaca belə cavablandırıb: "Tezliklə yeni məlumatı eşidəcəksiniz. Böyük xəbərə hazır olun".
Mosuldakı son İŞİD-çilər təslim oldu
İraqın ikinci böyük şəhəri olan Mosulda qalan İŞİD terror təşkilatının son üzvlərinin əlibağlı görüntüləri paylaşılıb. İnsan Hüquqlarının Müdafiəsi təşkilatı Mosulla bağlı verdiyi açıqlamada terrorçuların ailələrinin də cəzalandırıldığını bəyan edib. Açıqlamada 170 terrorçu ailəsinin zorla bir düşərgəyə aparıldığı bildirilir.
Rusiyanın ən varlı qadın məmurlarının reytinqi
"Forbes" jurnalı Rusiyanın ən varlı qadın məmurlarının reytinqini tərtib edib. "top-10"a daxil olan məmurların ümumi gəliri təqribən 220 milyon rubl (6,2 milyon manat) təşkil edib. İlk onluqda yer alanların çoxu Dövlət Dumasının üzvləridir. Belə ki, "top-10"un 7 pilləsini onlar "zəbt ediblər". Reytinqə Rusiya parlamentinin aşağı palatasının üzvü, "Vahid Rusiya" Partiyasından deputat olan Tatyana Solomatina rəhbərlik edir. O, bir il ərzində 56,2 milyon rubl (1,6 milyon manat) qazanıb.
"Monaco" polşalı müdafiəçi ilə müqavilə yenilədi
Fransa Liqasının son qalibi "Monaco" çempion heyəti qorumağa çalışır. "Moneqasklar" müdafiənin aparıcı fiqurlarından olan Kamil Qliklə müqaviləni yeniləyib. Polşa millisinin 29 yaşlı futbolçusu 2021-ci ilin yayına kmii "Monaco" formasını geyinəcək.
“Aztəminatlı ailələrə dövlət dəstəyi” mövzusunda tədbir keçirilib
Binəqədi Gənclər Evində Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının icrası ilə əlaqədar vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın qurulması və onların fəaliyyətinin dəstəklənməsi istiqamətində növbəti tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə.
ABŞ-ın ölkəmizdə yeni təyin olunan hərbi attaşesi müdafiə nazirinə təqdim edilib
İyulun 13-də Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, görüşdə hər iki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
İranın media fəaliyyətinə məsul qurumlarının təmsilçiləri Gəncədə olublar
Azərbaycan Mətbuat Şurasının dəvəti ilə ölkəmizdə səfərdə olan İran İslam Respublikasının media fəaliyyətinə məsul qurumlarının nümayəndələrindən ibarət heyət Gəncə şəhərində olub. Qonaqlar öncə Nizami məqbərəsini ziyarət edərək, kompleksdə yaradılmış şəraitlə tanış olublar. Şəhərin görməli yerlərinə baş çəkən qonaqlara Azərbaycanın ikinci ən böyük şəhərindəki tarixi abidələr barədə geniş məlumat verilib.
Azərbaycan Prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində Fransanın səylərinə böyük ümidlər bəsləyirik"
Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronu təbrik edib.
Günəş xeyli böyüyəcək və Yerə... - Azərbaycanlı alim 5 il sonra olacaqları açıqladı
Günəşin səthində böyük bir ləkə tapılıb. Bu ləkənin Yer kürəsindən 19 dəfə böyük olduğu bildirilir. Xarici mətbuatın məlumatına görə, bu barədə NASA açıqlama yayıb. Məlumatda bildirilir ki, ləkənin ölçüsünün böyüklüyü Günəşdə təhlükəli partlayışa səbəb ola və Yer kürəsində rabitə sistemlərinə zərər verə bilər. Partlayışın bir başqa ziyanı isə atmosferə radioaktiv maddələr axını yaratması ehtimalıdır.
Rusiya terrorçuların kabusunu hazırladı
“Rusiya vertolyotları” şirkəti Mi-171Ş-VN müasirləşdirilmiş hərbi-nəqliyyat vertolyotunu ilk dəfə təqdim edəcək. Yeni hərbi maşın terrorizmlə mübarizə üzrə məsələlərin icrası üçün nəzərdə tutulub.
Nuri Əhmədova Prezidentin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Nuri Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
İlham Əliyev Əli Məmmədovu "Şöhrət" ordeni ilə təltif etdi
Prezident İlham Əliyev Əli Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Texniki baxışla bağlı sürücülərə ŞAD XƏBƏR
İyulun 31-də xaricdə istehsal olunan avtomobillərin texniki baxışdan keçirilməsinin sonuncu günüdür. Vaxtın birməsinə az müddət qalmasına baxmayaraq hələ də texniki baxışdan keçmək üçün avtomobilini müayinə məntəqəsinə aparan sürücülərin sayı çox azdır.
Beş mindən çox vətəndaşın "sosial mənzil" əldə etmək hüququ təsdiqlənib
"Ötən müddət ərzində "Elektron hökumət" portalında yaradılmış "Güzəştli mənzil" sistemi vasitəsilə 5797 müraciət qəbul olunaraq qeydiyyata alınıb". MİDA-nın İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, bu barədə 2017-ci ilin birinci yarısında görülən işlərin nəticələri ilə bağlı MİDA-da keçirilən hesabat iclasında qurumun direktoru Samir Nuriyev bildirib.













