Gündəm

Din xadiminin PORNO OYUNU: imamla bağlı MÜDHİŞ FAKTLAR

13 İyul 2017 18:05

İndoneziyada siyasi qalmaqal get-gedə alovlanır: Əxlaq mücahidi və şəriət qanunlarının qızğın tərəfdarı, porno çəkilişlərə məcbur etmədə ittiham olunan imam Həbib Rizek məhkəməyə gəlməkdən boyun qaçırıb. İmam hazırda Səudiyyə Ərəbistanında yaşayır və gərginlik aradan qalxmayınca oradan qayıtmaq fikri yoxdur. Rizekin tərəfdarları bildirir ki, ittiham polis tərəfindən uydurulub və onun rəqibləri bundan kam alırlar.

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar heç bir nəticə vermir"

13 İyul 2017 18:03

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır". Bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Bakıda içində adamlar olan lift şaxtaya düşdü

13 İyul 2017 18:00

Bakıda lift şaxtaya düşüb. Hadisə Xətai rayonu ərazisində qeydə alınıb. Məhəmməd Hadi küçəsi 58 ünvanında yerləşən binada liftin şaxtaya düşdüyü, içərisində adamların olduğu bildirilir.

İntihar edən idmançımızın telefonundan intihar mesajı tapıldı

13 İyul 2017 17:58

İyulun 4-də Binəqədi qəsəbəsində yaşayan 1999-cu il təvəllüdlü Dünyamalıyev Rəşad Vladislav oğlunun yaşadığı evin həyətində olan turnikdən özünü asaraq öldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında rayon prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Nazir: "Azərbaycan Ermənistanda yerləşdirilən "İsgəndər" raketlərini vura biləcək silahlara malikdir"

13 İyul 2017 17:54

"Azərbaycan Silahlı Qüvvələri Ermənistanda yerləşdirilən "İsgəndər" komplekslərinin raketlərini vura biləcək silahlara malikdir". Bunu RİA Novosti agentliyinə müsahibəsində Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib.

Vüqar Səfərli: "İlkin olaraq mənzillərin veriləcəyi 255 KİV əməkdaşının adı müəyyənləşib"

13 İyul 2017 17:51

"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb". Bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

Zakir Həsənovdan Rusiyadan alınan silahlarla bağlı AÇIQLAMA

13 İyul 2017 17:49

"Rusiyadan tankların, "Smerç" reaktiv yaylım atəşi sistemlərinin və "Msta-S" qurğularının tədarükü üzrə müqavilənin 90 faizi yerinə yetirilib, Bakı ödənişləri yerinə yetirib və silahlar uğurla tətbiq edilir".

Burak Özçivitlə Murad Bozun FİLMİNDƏ çəkilən azərbaycanlı aktyor DANIŞDI

13 İyul 2017 17:12

Azərbaycanlı aktyor Kamran Ağabalayev “Kardemiş benim 2” filmində çəkiləcək. Bu barədə aktyor özü sosial şəbəkədə məlumat verib. Baş rollarda Burakla Muradın oynadığı məşhur filmin ikinci hissəsinin aktyor heyətinə daxil olan K.Ağabalayev onların şəklini paylaşıb. O, fotoya “Burak idi, Murad idi, mən idim”, - deyə qeyd edib.

"Qəbələ"nin oyununa nə qədər bilet satılıb? - Polşadan da gələnlər var

13 İyul 2017 17:09

"Qəbələ" bu gün Avropa Liqasının II təsnifat mərhələsində "Yagelloniya"nı qəbul edəcək. Oyuna 5 mindən artıq bilet satılıb. Matç saatına qədər bu rəqəmin xeyli artacağı gözlənilir. Polşa klubunun isə 25 azarkeşi Bakıya gəlib.

Azərbaycanda erməninin rəhbərlik etdiyi şirkətin taksiləri işləyəcək

13 İyul 2017 17:05

"Yandeks" və "Uber" xidmətləri Rusiya və MDB ölkələrində gedişlə bağlı biznesin birləşdirilməsi ilə bağlı saziş imzalayıblar.  Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edəcək. Birləşmiş şirkətdə "Yandeks" 59,3 faiz paya malik olacaq.

Lalə Dadaşova: "Brilliantı qınayanlar Mübariz kimi ..."

13 İyul 2017 17:02

Müğənni Lalə Dadaşova xalq artisti, bacısı Brilliant Dadaşovanın "Instagram"da erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməyini pisləyənlərə cavab verib. L.Dadaşova bildirib ki, bu, Brilliantın düşmənlərinin işidir: "Əvvəla "təriflər yağdırmaq" sözü jurnalistlərin hər zamanki kimi hər şeyi şişirtmələridir. Bu söhbəti dünən eşitdim və təəccüblənmədim. Çünki Brilliantın düşmənləri çoxdur və onlar yatmır. Hər fürsətdə onu vurmağa çalışırlar. Buna heç vaxt təəccüb etməmişəm. O, əlçatmaz zirvədir. Ha daş atırlar, çatmır".

Dini Komitə Xaçmazda tədbir keçirib

13 İyul 2017 16:53

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Xaçmaz rayonu Yalama kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Birliyimiz həmrəyliyimizdədir” adlı tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə. tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, şöbənin əməkdaşı Samid Seyidov, Yalama kənd məscidi dini icmasının sədri Namik Osmanov və kənd ictimaiyyəti iştirak ediblər.

Mərkəzi Bankda “Pul siyasəti” mövzusunda təlim keçirilib

13 İyul 2017 16:52

Gənclər və İdman Nazirliyi və Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” (QİDA) proqramı çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankında “Pul siyasəti” mövzusunda təlim keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, təlimdə Mərkəzi Bankın Pul siyasəti departamenti tərəfindən Milli Şuraya üzv olan gənclər təşkilatlarının nümayəndələri və fəal gənclərə ölkədəki pul dövriyyəsi, valyuta məzənnəsi, pul kütləsi və faiz dərəcələrini tənzimlənilməsi haqqında ətraflı məlumat verilib. Eyni zamanda, mövzu üzrə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

"Ermənistan azyaşlı uşağın həyatına son qoymaqla, müharibə qaydalarını pozub"

13 İyul 2017 16:49

Füzuli rayonunun Alxanlı kəndinə səfər edən Milli Məclis sədrinin müavini Bahar Muradova və bir qrup millət vəkili iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan kənd sakinləri Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 18 aylıq Quliyeva Zəhra Elnur qızının qəbrini ziyarət edib.

İƏT Parlament İttifaqının baş katibindən Zəhranın və nənəsinin öldürülməsi ilə bağlı bəyanat

13 İyul 2017 16:43

İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç Fizuli rayonun Alxanlı kəndində baş vermiş son hadisələrlə əlaqədar bəyanat verib.