Gündəm

Bakıda qəribə hadisə - 10 ildən sonra damda ev tikilir - VİDEO

13 İyul 2017 16:41

Yasamal rayonu, Şəhriyar küçəsi 21 ünvanında yaşayan "Altes" plazaya məxsus binanın sakinləri sözügedən şirkətdən narazıdır.   Problemlə bağlı bina sakini, jurnalist Azər Qərib məlumat verib. 

Azərbaycanda pambıqçılığın inkişafına dair Dövlət Proqramı təsdiq edildi

13 İyul 2017 16:38

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında  sərəncam imzalanıb.

Ermənilərin Laçını məskunlaşdırma siyasəti puça çıxdı

13 İyul 2017 16:29

Ermənistan rəhbərliyi Laçını işğal etdikdən sonra starteji önəmə malik bu ərazilərin kütləvi məskunlaşdırılmasına girişdi. Lakin 20 ildən artıq davam edən məskunlaşdırma planı əks-effekt verməyə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları təltif edildi - SİYAHI

13 İyul 2017 16:27

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi Almaniya XİN-də müzakirə olundu

13 İyul 2017 16:25

Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır nəticələri və iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakini - 2 yaşlı Zəhra Quliyevanın qətli ilə bağlı Almaniya Xarici İşlər Nazirliyində (XİN) müzakirələr aparılıb.

Nəriman Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verildi

13 İyul 2017 16:23

Prezident İlham Əliyev Nəriman Qurbanova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında  sərəncam imzalayıb.

Tağı Əhmədovdan Çovdarovun sensasion iddialarına dair AÇIQLAMA

13 İyul 2017 16:22

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədov haqqında səsləndirdiyi iddialara eks metropoliten rəisi münasibət bildirib.

Vidadi Zeynalov MTN generallarının məhkəməsində ifadə verir

13 İyul 2017 16:21

Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Ramil Usubov əmr verdi: General oğlunu ağır cəzalandıran yol polisinin vəzifəsi artırıldı

13 İyul 2017 16:19

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılmışdır.

İctimai maraqların qorunmasında Azərbaycan mediası böyük əhəmiyyətə malikdir

13 İyul 2017 16:08

Azərbaycanda demokratik cəmiyyətlərə xas olan bütün institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə olaraq ölkədə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan  azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən konstitusiya qəbul edilmişdir. Ümumbəşəri dəyərlərin üstünlüyünü, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən  Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və  sazişlərə qoşulmuşdur.

QHT-lərə hüquq və maliyyə sahəsində məsləhət xidmətləri təşkil edilir

13 İyul 2017 16:06

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi “QHT-lərin hüquqi və maliyyə biliklərinin artırılması” adlı layihənin icrasını davam etdirir.

Külli miqdarda vəsaitin büdcədən yayındırma cəhdinin qarşısı alınıb

13 İyul 2017 16:04

Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır: “Dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar.

Hicran Hüseynova avstriyalı həmkarı ilə görüşəcək

13 İyul 2017 16:03

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında qadın və uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığı ilə mübarizə, gender bərabərliyinin təmin edilməsi sahəsində vacib layihələr həyata keçirir və davam etdirir.Komitədən “Olaylar”a verilən məlumata görə, bu sahədə işgüzar fəaliyyətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə 17 iyul 2017-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın Avstriya Respublikasının Federal Ailə və Gənclər naziri Sofi Karmas və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçiriləcək.

Millət vəkili: "Birinin oğlu "avtoşluq" edib bir ailəni öldürür, o biri..."

13 İyul 2017 15:58

"Prezidentin öz ailə üzvlərini idarə edə bilməyən dövlət məmurlarının vəzifədən çıxarılacağı ilə bağlı bəyanatı xalq tərəfindən dəstəklənir və biz də bu çağırışa qoşuluruq". Bunu Milli Məclisin deputatı Fəzail İbrahimli prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında məmur və onların övladları ilə bağlı səsləndirdiyi fikrini aznews.az-a şərh edərkən deyib.

General ehtiyata göndərildi

13 İyul 2017 15:55

Dövlət Sərhəd Xidmətinin Aparatında general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə təntənəli mərasim keçirilmişdir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, mərasimdə dövlət himni səsləndikdən sonra həyatının 46 ilini sərhəd mühafizəsi işinə həsr etmiş general-mayor Akif Şəfiyevin Silahlı Qüvvələrin ehtiyatına buraxılması və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması barədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları şəxsi heyətə çatdırılmışdır.