Gündəm
Qatil əxlaqsız qadınlar Taylandda məşhurlaşdılar - VİDEO
24 yaşlı Priyanuk Nonvançay 23 yaşlı Vaysara Klincuini qətlə yetirəndən sonra iki rəfiqəsi ilə birlikdə qonşu Birmaya qaçmışdı. O, həbs edilərək Taylanda aparılıb. 23 yaşlı Vaysara Taylandın şimal-şərqindəki Kon Kahen vilayətində mayın 25-də qətlə yetiriləndən sonra şaqqalanmış, cəsədinin tikələri iki qara yeşiyə yığılaraq meşəliyə atılmışdı.
"FETÖ bu gün fəaliyyət göstərdiyi ölkələr üçün də böyük təhdiddir"
Bu gün Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya 15 iyul hərbi çevriliş cəhdinin ildönümü ilə bağlı bir qrup Azərbaycan və xarici media mənsubları ilə görüşüb.
Dünyanı yeni təhlükə gözləyir: Antarktida parçalanır - VİDEO
Antarktidada təqribən 6 min kvadrat kilometr sahəsi, 1 trilyon ton ağırlığı olan nəhəng aysberq parçalanaraq materikdan ayrılıb. Qərbi Larsen C buzlağının parçalanması Antarktidanın ümumi sahəsinin 1/10 hissəsinin itirilməsi deməkdir.
İstanbulda terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanıldı
Türkiyənin təhlükəsizlik qüvvələri İstanbul şəhərində genişmiqyaslı anti-terror əməliyyatı keçirib. Nəticədə terrorçuluqda şübhəli bilinən 44 nəfər saxlanılıb.
Eyfel qülləsi Donald Trampa görə bağlandı
Parisin Eyfel qülləsi bu həftənin şənbə gününə qədər ziyarətçiləri qəbul etməyəcək. Məlumata görə, qüllənin müdiriyyəti bu qərarın ABŞ prezidenti Donald Trampın Fransaya işgüzar səfəri ilə bağlı olduğunu bildirib. Belə ki, iyulun 13-14-də Eyfel qülləsi işləməyəcək, iyulun 15-də saat 9:00-dan qapılarını ziyarətçilərin üzünə açacaq. Daha öncə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı ilə Tramp və xanımını bu qüllədə yerləşən restoranda qəbul edəcəkləri bildirilmişdi.
Ermənilər Qarabağda prezident seçkiləri keçirəcək
Erməni seperatçıları Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağda prezident seçkiləri keçirəcək. Qondarma rejim seçkini iyulun 19-da keçirməyi planlaşdırır.
“Heydər Əliyev olmasaydı Azərbaycanın böyük inkişafından danışmaq olmazdı”
"Ümummilli lider Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəldiyi 14 iyul 1969-cu il tarixdən sonra Azərbaycanda böyük bir inkişaf və quruculuq dövrü başladı. Həm dövlətin idarə etməsi sahəsində, həm də ölkə iqtisadiyyatında, eyni zamanda, sənayedə böyük dəyişikliklərə, uğurlara nail olundu”.
Fransa səfiri: "Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun tərəfdarıyıq"
Fransa Azərbaycan və Ermənistan arasında və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birbaşa dialoqun tərəfdarıdır. Ermənistan KİV-inin yaydığı xəbərə görə, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirdikləri görüşünü şərh edərkən bildirib.
Məmurların etik davranışları bu dövlət qurumuna TAPŞIRILDI
Prezident İlham Əliyev "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2017-ci il 31 may tarixli 686-VQD nömrəli Qanununun tətbiqi və "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında qanun imzalayıb.
Brilliant Dadaşova erməni musiqiçini tərifləməsinə AYDINLIQ GƏTİRDİ
Xalq artisti Brilliant Dadaşova erməni qarmonçalan Varujan Şahbazyana tərif yağdırması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. B.Dadaşova şəxsi İnstagram səhifəsində paylaşım edərək özünü müdafiə edib və yayılan məlumatları "qara piar" adlandırıb: "Əziz dostlarım, mənə "qara piar" edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram".
"Vitolo "Sevilla" klubu və azarkeşlərinə hörmətsizlik etdi"
"Sevilla"nın prezidenti Xose Kastro Karmona komandasnın sabiq futbolçusu Vitolonun davranışını tənqid edib. İyulun 10-da 27 yaşlı havbek klubla müqaviləsini 2022-ci ilə kimi uzatsa da, 1 gün sonra "Atletico Madrid"ə transfer olunmuşdu.
Flora Kərimova erməniyə qucaq açan Xalq artistinə ARXA ÇIXDI: "Əgər həmin qarmonçu..."
“Brilliant xanım bir musiqiçi kimi fikrini bildirib. Kim bu ixtiyarı onun əlindən alır. İnanıram ki, o, bu addımı həssaslığına söykənərək edib. Axı niyə insanları həqiqəti deməyə qorxudurlar?”
Öküz 6 nəfərə xəsarət yetirdi
İspaniyanın Pamplona şəhərində keçirilən San-Fermin festivalı çərçivəsində ənənəvi öküz qaçışları zamanı 6 nəfər xəsarət alıb. Onlardan iki nəfəri öküzlərin zərbələri nəticəsində xəsarət alıb. 4 nəfər isə yıxılaraq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
XXI Əsrin layihəsi - Bakı-Tbilisi-Qars
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti müxtəlif beynəlxalq layihələrin fəal iştirakçısı olmaqla, onların həyata keçirilməsinə də ciddi yanaşır. Bu yöndə XXI əsrin əsas layihələrindən olan və təkcə üç xalqı, üç ölkəni deyil, həmçinin onlarla xalq və ölkə arasında körpü rolunu oynayacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti bağlantısının reallaşması istiqamətində işlər sürətlə davam edir. Bağlantının Gürcüstan hissəsində üç mərhələdə (Marabda – Tetriskaro, Tetritskaro-Salka, Salka-Axalkalaki) tikinti-reabilitasiya və Axalkalaki – Kartsaxi (Türkiyə sərhədi) sahəsində tikinti işləri həyata keçirilməyə başlandı və artıq işlər tamamlanmaq üzrədir.
İŞİD yeni dövlət yaratdı: Tel-Afvar
İŞİD terror təşkilatının üzvləri İraqın Neynava əyalətində Tel-Afvar şəhərini müstəqil dövlət elan ediblər.














