Gündəm

Astarada ağır yol qəzası: Ölən və yaralanan var

13 İyul 2017 15:08

Astara rayonunda ölümlə nəticələnən yol-nəqliyyət hadisəsi baş verib. Hadisə Astara şəhəri ərazisində baş verib. Belə ki, "Shacman" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub.

Kamerun millisinin hücumçusu Çin klubunda

13 İyul 2017 15:07

"Lorient" klubunun hücumçusu Benjamen Mukanco karyerasını Çində davam etdirəcək. Kamerun millisinin futbolçusu "Jiangsu Suning"lə 2 illik müqavilə imzalayıb. 28 yaşlı forvard yeni klubunda 38 nörməli forma ilə çıxış edəcək.

Tərəvəzin qiyməti qalxdı

13 İyul 2017 14:54

Azərbaycanda 2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 10,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 8,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 12,5 faiz artıb. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, 2017-ci ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,5 faiz azalıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,3 faiz artıb.

Komissiya 38 şagirdin qiymətini dəyişdi

13 İyul 2017 14:53

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanının I mərhələsində yazılmış inşaların (esselərin) nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının nəticələrini açıqlayıb.

Saxlanılan şəxsin digər əməlləri açkar olundu

13 İyul 2017 14:51

Narkotik vasitə ilə tutulan şəxsin digər cinayət əməli də müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, narkotik vasitə ilə tutulan Ramil Hüseynovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun iyulun 1-də rayon ərazisində “Mercedes” markalı avtomobildən 650 manat pul və mobil telefon oğurlaması da müəyyən edilib.

Avtomobil qaçıran şəxs tutulub

13 İyul 2017 14:50

Avtomobil qaçırmaqda şübhəli bilinən Sahil qəsəbə sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 9-da Elşən Tağızadəyə məxsus “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Sahil qəsəbə sakini Elnur Binyətov tutulub.

Ərzaq malları 18,1 faiz bahalaşıb

13 İyul 2017 14:49

2017-ci ilin yanvar-iyun aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 12,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,4 faiz bahalaşıb.

Büdcə dəyişiklikləri nə vəd edir?

13 İyul 2017 14:48

Məlum olduğu kimi bir müddət əvvəl 2017-ci ilin dövlət büdcəsinə dəyişiklik edildi. Heç şübhəsiz ki, bu dəyişikliyi şərtləndirən, zəruri edən amillər var idi. İlk növbədə dünya bazarlarında neftin qiymətində müşahidə edilən cüzi artım büdcə dəyişikliyini zərurətə çevirirdi. Eyni zamanda dugər vacib iqtisadi faktorlar da belə bir addımın atılmasına yol açırdı. Yeni dəyişikliyə əsasən, büdcə gəlirləri 511 milyon manat, yəni 3.1 faiz artımla 16 milyard 766 milyon manat, büdcə xərcləri isə 1 milyard 41 milyon manat, 6.2 faiz artımla 17 milyard 941 milyon manata çatdırıldı. Bəs görəsən büdcəyə edilən dəyişikliklər hansı müsbət tendensiyalara gətirib çıxaracaq və iqtisadi sahədə özünü necə büruzə verəcək?

Baş həkim: "Ermənilərin yaraladığı qadının bədənində qəlpələr qalıb"

13 İyul 2017 14:44

İyulun 4-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevanın sol aşağı ətrafında qəlpələr qalıb.  Bunu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib. Onun sözlərinə görə, Horadiz Şəhər Xəstəxanasında müalicə edilən xəstənin həmin nahiyəsində 3-4 xırda qəlpə var.

Təyyarələrin yerə yaxın məsafədən uçduğu çimərlikdə ölüm hadisəsi - VİDEO

13 İyul 2017 14:42

Karib dənizinin sahilindəki "Princess Juliana International Airport"un yaxınlığındakı çimərlikdə ölüm hadisəsi baş verib.  Sint Maarten çimərliyində dincələn turist və yerli sakinlər sərnişin təyyarəsinin işə düşdüyü zaman yaranan güclü küləyin təsirindən qaçaraq dənizə giriblər. Bu zaman qadın turistlərdən biri yıxılaraq başından zədələnib. Başından zədələnən 57 yaşlı qadın turist həyatını itirib.

Bu ölkə də homoseksualların nikahını qanuniləşdirdi

13 İyul 2017 14:39

Mühafizəkar və katolik ölkəsi olan Malta homoseksuallara evlilik hüququ verən qanunu parlamentə təqdim edib.  Parlamentin səsverməsində kilsənin etirazlarına rəğmən 67 millət vəkilindən yalnız 1-i qanunun əleyhinə səs verib. Qanunla ölkədə evlənən insanların istifadə etdiyi “ər”,”arvad” kimi cinsi kateqoriyalı sözlər leksikadan çıxarılıb və onun yerinə “yoldaş” kimi cinsi kateqoriyası olmayan sözlər yerləşdirilib.

İcra başçılarının fəaliyyətinə investisiyaların cəlb edilmə əmsalına görə qiymət veriləcək

13 İyul 2017 14:35

Azərbaycanın günü-gündən artan iqtisadi inkişafı regionlardan da yan keçməyib. Hazırda təkcə paytaxt Bakıda deyil, eləcə də respublikanın ən ucqar dağ rayonlarında belə quruculuq- abadlıq işləri aparılır. Görülən işlər “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycanda regionların sosial iqtisadi inkişafı ilə bağlı bir neçə dəfə Dövlət Proqramı qəbul edilərək icrası başa çatdırlıb.

Almaniya parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış etdi

13 İyul 2017 14:33

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqındakı CDU/CSU parlament qrupunun üzvü Stefan Mayer bəyanatla çıxış edib.Avropa Azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir.

Qanadlandıran içkilərin insanı yerə vuran fəsadları...

13 İyul 2017 14:25

"Hər gün ən azı 3 energetik içki içirəm. Kefim olmayanda, halsız olanda, bu içkilərdən içirəm, özümə gəlirəm. Çox yaxşı təsiri var". Bu sözləri 16 yaşlı Rəhim Məmmədov deyir.  Rəhim kimi bir çox yeniyetmə son illər energetik içkilərin alüdəçisinə çevrilib. Xüsusilə isti yay günlərində bu içkilərə tələbat daha çox artır. Yorğun iş və ya dərs günündən sonra itirlən enerjini qaytarmağı vəd edən içkilərə yeniyetmələr kimi, əksər gənclər də inanır. Bəs deyildiyi kimi, həqiqətən energetik içkilər təhlükəlidirmi? Xüsusilə uşaq orqanizmində hansı fəsadları ola bilər?